Kişilər, qadınları bu cür cəlb edin - Məsləhət

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 6 777
Səs ver:
(səs: 2)
Kişilər qadınlar üçün necə cazibədar ola bilər? Bu əslində çox asandır! Dişlərinizi gündə 3 dəfə fırçalayaraq, saçlarınızı yuyaraq, təmiz geyimlər geyinməklə qadınlara özünüzü sevdirə bilərsiniz.

Bildiyimiz kimi qadınlar kişilərin onların düşüncələrini oxuduğunu zənn edir. Buna görə də kişilərdən daha çox şey gözləyirlər. Amma yadda saxlayın ki, qadınlar sadə varlıqlardır və onlar mümkün qədər çox diqqət tələb edirlər. İstənilən yerdə və hansı vəziyyətdə olmalarından asılı olmayraq, tərif və xoş sözlər eşitmək istəyirlər. Qadınlar təkcə diqqət görmək istəmirlər, həm də bütün dünyaya sevildiklərini göstərmək istəyirlər.

Qadınlar.Biz kişilərə qadınların xoşuna gəlməsi üçün bir neçə məsləhət verir:

1. Necə göründüyünüzü unudun. Qadınlar təkcə xarici görünüşlə maraqlanmır. Playboyun qurucusu Hugh Heffneri yadınıza salın. Pul vacibdir, amma diqqətini çəkmək üçün bəzi texnikalara əl atmaq lazımdır. Qapını açın, ona yol verin, son pivəni özünüz içməyin, ona verin. İçdiyi qəhvənin pulunu ödəyin. Centlmen kişilər həmişə qadınların diqqətini çəkir.

2. Xarizmatik olun! Yaraşıqlı olub-olmadığınızın heç bir əhəmiyyəti yoxdur. İnsanın özünü necə aparması daha maraqlıdır. Necə gülürsünüz? Başqasına pozitiv enerji bəxş edə bilirsinizmi? Başqaları sizin haqqınızda nə düşünür? Bunlara diqqət edin.

3. Qadına gözəl və dəyərli hiss olduğunu hiss elətdirin! Kişilər də tərifləri və xoş sözləri sevir, amma qadınların təlabtı kişilərdən daha çoxdur. Yanınızdakı qadına gözəl olduğunu deyin. Məsələn, boyu uzundursa, necə gözəl ayaqları olduğunu deyin. Şən qızdırsa, pozitiv olduğuna görə iltifat edin. Amma bütün bunların hamısını onun ürəyinə yatacaq tərzdə edin.

4. Axmaq hərəkətlər etməyin! Belə kişilərdən qadınların zəhləsi gedir.

5. Cəsur olun! Özünə inamlı kişi çox seksual görünür.

6. Nədəsə həqiqəqən bacarıqlı ol! Qadınlar xarizmatik kişilərlə yanaşı, bacarıqlı kişilərə də heyran olur. Nəyi yaxşı bacarırsınızsa, nədən başınız çıxırsa, ona sübüt etməyə çalışın.

7. "Yumor dağları da yerindən oynada bilər". Çirkin kişilər özünü gözəl qadınlara sevdirə bilibsə, burada yumorun böyük rolu var. Qadınlar gülməyi, əylənməyi xoşlayır. Gülmək qadının qəlbini ələ keçirən əsas açardır.

8. Özünüz kimi davranın! Seçdiyiniz qadının xoşuna gəlməkdən ötrü olmadığınız kimi davranmayın, rola girməyin! Həqiqi üzünüzü və kim olduğunuzu göstərin.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 6 777
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri