Kişilərin uzaqlaşmasını istəmirsinizsə, bunları etməyin!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 9 378
Səs ver:
(səs: 2)

Qadınların elə davranışları var ki, kişilərin onlardan uzaqlaşmasına səbəb olur. Kişilər uzaqlaşdıqda isə qadınlar günahı ancaq kişidə axtarmağa çalışırlar. Ancaq düşünmürlər ki, "Bəlkə mən hansısa səhvim ucbatımdan onu itirdim". Araşdırmalar nəticəsində kişilərin uzaqlaşmasına səbəb olan 6 qadın davranış növü müəyyən edilib.

1. Dəyişdirmək istəyi: Bir çox qadınlar münasibət qurduqlarında ilk öncə kişini dəyişdirə biləcəklərini düşünürlər. Əgər bir kişi yeni başladığı münasibəti üçün özündə hansısa dəyişiliklər etmək istəsə, bunu özü edər. Bu işə qarışıb onu istədiyiniz kimi dəyişdirməyə çalışarkən onun maraqlarını unutduğunuz üçün uzaqlaşmasına səbəb olacaqsınız.

2. Məsələnin detallarına kimi getmək: Kişilər bir məsələyə üzdən  yanaşsalar da, qadınlar həmin məsələnin detallarına kimi maraqlanmağı xoşlayırlar. Bir kişi dostuyla görüşə çıxıb gec gelibsə, demək ki, nəsə olub deyə gec gelib. Artıq heç nə soruşmayın.

3. İlk gecə seks: Bunun insanı özünü ağırtəbiətli göstərməklə əlaqəsi yoxdur. Bir qadın ik görüşdən kişi ilə sevişmək istədiyini bildirərsə, kişi onu əlbəttə qəbul edəcək. Amma qadın kişiyə alovlu öpüş bəxş edib gedərsə, bu, kişinin ona olan marağını daha çox artıracaq. İlk görüşdən onun olsanız, bu, sonradan onun sizə marağının azalmasına səbəb olacaq.                      

4. Çox danışmaq: Kişilərin fikrincə, qadınlar sevgi haqqındakı fikirlərini özlərinə saxlamalıdılar. Hər dəfə deyilən "səni sevirəm" sözü dəyərini itirə bilər. Həmin hissləri yaşayan insanlar sevgilərini əməlləriylə ifadə etməlidir, sözlərilə yox. Yəni, çox əməl, az söz!

5. Xəyanət: Sədaqətli olmaq kişilər üçün olduqca önəmlidir. Əgər bir qadının digərini aldatdığını görsələr, bunun gələcəkdə onlar üçün də təhlükəli olacağını düşünüb həmin xanımdan uzaqlaşarlar.

6. Hər şey qarşılıqlı olmalıdır: Qadınlar qorunmağı, dəyərli olmağı hisss etmək istədikləri kimi, kişilərdə eynisini istəyirlər. Sizin birlikdə olduğunuz adama onu nə qədər sevdiyinizi, dəyər verdiyinizi hiss etdirməyiniz vacibdir.                 

(səs: 2)
Şərhlər: 5
Baxılıb: 9 378
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri