Oğlanlar telefonlarında nə gizlədirlər?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 3 061
Səs ver:
(səs: 2)
İstənilən kişinin mobil telefonuna "səyahət" etdikdə qadınların hiyləgərliyinə şükür etmək olar. Hər gün ən azı iki qadınla yazışmalar, telefon dəftərində hətta bəzən kişi adı ilə yazılmış saysız-hesabsız qadın nömrələri, bütün zəng edən qadınlarla eyni sevgi tonu ilə danışmalar və ən maraqlısı, bəzi hallarda telefonda gizlənmiş əxlaqsız videolar.

Bəzi kişilərin telefonlarında sadaladıqlarımdan birini mütləq tapmaq olar, amma iş sözə gələndə hamısı aydan arı, sudan duru, sevgi, sədaqət, dürüstlük simvolu sayıla biləcək insanlardır. Əminəm ki, kişilərin telefonda nələri gizlətdikləri nəinki qadınlara, hətta özlərinə də maraqlıdır. Odur ki, bu mövzunu araşdırdım və bütün pərdəarxası məqamları sizə təqdim edirəm.

Günlərin bir günü qonşuluğumda yaşayan ailədə dava-dalaş səsləri eşitdim. Ciddi bir məsələyə bənzəyirdi, çünki qonşu xanım səsi çıxana kimi oğlunun üstünə qışqırırdı. Düzü, bu mübahisə diqqətimi cəlb etdi və sonradan öyrəndim ki, sən demə, həmin qonşumun oğlunun telefonundakı bir videonu görməsi onu sözün əsl mənasında şoka salıb. Belə ki, cavanlığını yaşayan gənc qonşum sevişdiyi qızlarla birgə iş zamanı xatirələrini videolentə köçürüb və təsadüfən həmin videoxatirənin şahidi olan ana şok keçirməyə başlayıb. Qadının özünə gəlməsi bir müddət çəksə də, həmin videoyazının xatirəsi ömrü boyu nəinki ailədə, hətta bütün məhəllə sakinlərinin yaddaşında qalacaq.

Olduğun məkanda bir neçə kişinin eyni telefona baxmasının şahidisənsə, bil ki, mütləq aralarında hansısa xanımın müzakirəsi telefondakı dəlillərə uyğun şəkildə gedir. Amma onlara bunu heç vaxt sübut etmək olmaz. Soruşsan da alacağın bir cavab var: "Kişilər heç vaxt qadın qeybəti etmirlər. Onların müzakirə etdikləri mövzular futbol, siyasət və əsgərlik xatirələrindən ibarətdir". İnanırsınız? Əgər elədirsə, niyə əksəriyyəti telefonlarında futbolçuların vurduğu qollar, siyasətçilərin çıxışları, əsgərlərin hücumları əvəzinə, qadın videoları gizlədir və bunları paylaşmaqdan qürur duyur?

Bir dostumdan soruşdum ki, "Kişilər telefonlarında olanlar haqqında birgə müzakirələr etdikdə əsasən nələrdən danışırlar?" İnanın, aldığım cavaba heç də təəccüblənmədim. - Əxlaqsız videolar, tanış qızların şok görüntüləri, gəzdikləri qızların fotoqalereyaları və s.

Bu aralar qalereyaların sayını artırmaq üçün isə bəzi kişilər yeni variantlar kəşf ediblər. Belə ki, "Facebook" və s. bu kimi sosial şəbəkələrə daxil olub, xanımların profil şəkillərini götürüb öz ətraflarında həmin qızları eks-sevgililəri kimi qələmə verirlər. Hətta bu, bəzən onların bəzilərinin başlarının ağrıması ilə də nəticələnir, amma əksəriyyət yenə də öz işindədir.

Kişilərin telefonlarında nə gizlətdiklərini xəbər almaq üçün psixoloq Elnur Nəbiyevə müraciət etdim. O bildirdi ki, telefonda istənilən insan müəyyən şeyləri gizlədə bilər. Amma bu, kişinin psixologiyasından, yaşından və həyat tərzindən asılıdır. Əgər bir kişinin normal ailəsi və həyatı varsa, heç bir problem yaşamırsa və özü özünə problem yaratmırsa, onda onun telefonunda nə isə gizlətməsindən söhbət belə gedə bilməz. Amma bəzən ciddi, namuslu ailə başçılarının da əxlaqsız video həvəskarı olması mümkündür.

Kişilərin telefonunda gizlətdikləri həm də onların dünyagörüşündən və yaşadıqları mühitdən asılıdır. İnkişaf etmiş ölkələrdə kişilər əsasən telefonlarında bank hesablarını, olduqları məkanların siyahısını, telefonla etdikləri alış-verişləri və s. bu kimi şəxsi həyatları ilə bağlı bir çox əsasları gizlədirlər. İnkişafdan kənar ölkələrdə isə intimo görüntülər, şəkillər, musiqi və sairənin gizlədildiyini müşahidə etmək olar.

Bu yaxınlarda bir ailənin dağılmasına da telefonda gizlədilən faktlar təkan verdi. Belə ki, telefonunda heç bir sübut saxlamadığına əmin olan kişi onu açıq şəkildə qoyub duşa yollanır. Həyat yoldaşı qısqanclıq alovunu söndürmək üçün telefonda "mini-ekskursiyaya" çıxır və heç bir təhlükəli məlumatın olmadığını görəndə onu kənara qoyub həyat yoldaşı ilə fəxr etməyə başlayır. Elə bu zaman "Facebook" tərəfindən telefona bildiriş mesajı gəlir və həmin xanım ərinin "Facebook" akkauntuna daxil olub bilməməli olduğu hər şeyi öyrənir...
(səs: 2)
Şərhlər: 0
Baxılıb: 3 061
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri