Kişi həyat yoldaşını necə görmək istəyir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 8 866
Səs ver:
(səs: 6)
Yaxın bir dostum həyat yoldaşı və övladı ilə fərqli zamanlarda gəzməyə gedir. Həyat yoldaşının həddindən artıq övladına olan asılılığı onların birlikdə vaxt keçirmələrinə imkan vermir.

Necə deyərlər, həyat bir səhnədir!
Kim bilir bu sözü bu günə qədər nə qədər eşitmişik.
Bu səhnədə ssenari üzrə hansı rolları oynamırıq ki…
Evdə başqa, işdə başqa, ictimai yerlərdə isə tamam başqa bir rol.

Heç bu barədə nə vaxtsa düşünmüsünüzmü?

Gündəlik həyatda paltar dəyişdirdiyimiz kimi o qədər rollar icra edirik ki, bəzən hamısı bir-birinə qarışır, arada olur ki, özümüz olduğunu unuduruq.

Tez –tez şahidi oluram…
Bəzi insanlar işdə olmaqdıqları zamanlarda da işdə olduğu davranırlar. Vəzifələrini hər zaman üzərlərində gəzdirirlərmiş kimi hərəkət edirlər.

Belələrini görəndə fikirləşirsən ki, bu insanda başqa bir sənət daha yaxşı alınar.
Fürsət tapıb bu barədə onunla söhbətləşəndə isə fikrində yanılmadığının şahidi olursan çox vaxt.
Bəzi həkimlər, xüsusilə də cərrahlar əməliyyat masasındakı vəzifələrini heç vaxt unutmurlar, insanlar arasında olduqları zamanda adamlara bu perspektivdən baxırlar.
Səhv anlamayın, əsla tənqid etmirəm.
Bəlkə də doğru olan elə onların bu cür hərəkət etmələridir.
Yəni bu həyatın bir gerçəyidir.

Mənə gəlincə isə gördüyüm hər işə bir o qədər də "aludə" olmuram .
Nədənsə özümü heç bir peşə qrupuna daxil də etmirəm.
Bilmirəm. Bəlkə də insanların məni olduğum kimi sevib qəbul etmələrini istəyirəm.
Hər hansı bir başqa sifətlə deyil… sadəcə mən olaraq.
Ana olsam belə heç zaman özümdən başqası kimi görünə bilmərəm.
Fikirləşəcəksiniz ki, analıq söhbətinin heç yeridir. Əslində bu yazını elə bir dostumun öz ailəsinə – həyat yoldaşı və övladına olan münasibətini gördükdən sonra yazmağı düşündüm.

Eşitdiklərim mənə o qədər maraqlı gəldi ki, sizinlə paylaşmağı özümə borc bildim.
İllərdir xoşbəxt bir evliliyi olan bu yaxın dostum həyat yoldaşı və övladıyla başqa-başqa vaxtlarda gəzməyə gedir.
Məsələn, bir gün zəng edib qızının hazırlanmasını istəyir, başqa bir gün isə həyat yoldaşının. Çox nadir vaxtlarda çöldə birlikdə vaxt keçirirlər.

Səbəbi də çox maraqlıdır.

Üçü bir arada olanda həyat yoldaşının qızıyla hər dəqiqə maraqlanması onların birlikdə bir o qədər də maraqlı vaxt keçirməməsinə səbəb olur.
Düzünü desəm ilk dəfə bunu eşidəndə mənə qəribə gəlmişdi amma sonradan dostuma hardasa haqq qazandırdım. Fikrimcə o ailənin hər üzvüylə ayrı-ayrı vaxt keçirməyi doğru seçim edib.

Ətrafımda olan anaların əksəriyyəti uşaqları yanlarında olmasa belə hər zaman ana kimi davranırlar. Qoruyucu, gözləyən və məsləhət verən kimi hərəkət edirlər. Qısası, onlara verilmiş rolun öhtəsindən həddindən artıq şişirdilmiş şəkildə gəlirlər.
Əslində bu da pis deyil. Uşaqlarına verdikləri xüsusi diqqətdən irəli gəlir.

Yalnız ailədə həyat yoldaşı və övlad arasında balansı qorumaq hər iki tərəf üçün çox uyğun olardı.
Yadda saxlamaq lazımdır ki, üzərimizdə vəzifə olan bütün rollar zamanı gəlincə bir yarpaq kimi çıxıb gedər, sonra isə arxasında gizlənə bilməyəcəyimiz bir yarpaq tapıla bilməz.
(səs: 6)
Şərhlər: 8
Baxılıb: 8 866
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri