Kişilərə kompliment deməyi öyrənin

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 4 613
Səs ver:
(səs: 2)
Kişilərə kompliment etməyi öyrənin

Qadınların əvhval ruhiyyəsinin düzəlməsi üçün kompliment eşitmələri yetərlidir. Kişiləri isə eşitdikləri kompliment adətən hərəkətə gətirir. Tanımadığı qadından kompliment eşitdikdə kişilər ona diqqət yetirməyə başlayırlar, sevdiyi xanımdan aldığı kompliment isə ona daha da həssas yanaşmasına səbəb olur.
Bəs kişilər ən çox necə komplimenti bəyənir?

Əsas, onun şəxsi keyfiyyətləri və gördüyü işlə bağlı olan komplimentləri. Məsələn, "Sən hamıdan yaraşıqlı və ağıllısan” ifadəsi onun üçün heç bir məna kəsb etməyəcək. Lakin "sənin düzəltdiyin oturacaq əla alınıb” deməyiniz onu bir az da çox həvəsləndirəcək.

Kişilər bir şeyi səhv etdikdə bunu birbaşa onun üzünə deməkdən çəkinin. Məsələn, o rəsmi divara əyri vurubsa: "Bu şəkli tam mənim istədiyim yerdən asmısan, amma sağ küncü bir qədər yuxarı olsa daha yaxşı görünər, məncə” deməyiniz kifayətdir ki, o sizin arzunuzu tez yerinə yetirsin.
Yanlış addımlar

Kişilərlə ünsiyyətdə "dovşanım, quzum, pişiyim” kimi sözlərdən istifadə etməyin. Bu zaman onlar sizin gözünüzdə özlərinin igid kimi göründüklərinə şübhə edəcəklər. Eyni zamanda, komplimenti kişilərə tez-tez demək də düzgün deyil. Çünki xoş sözlər onlar üçün adi hal alanda, sizin üçün nə isə etməyə stimulları olmur. Komplimenti yerində və edilən yaxşılığa qarşı demək lazımdır.
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 4 613
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri