Kişiləri tovlayan 9 gözəl söz!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 39 794
Səs ver:
(səs: 3)
Qarşı cinsdən gözəl sözlər və komplimentlər  eşitmək, yalnız qadınlara xas deyil. Nə də olsa şirin dil, ilanı dəliyindən, romantiki isə baramasından çıxarar...

Qadınlar, küçədə ya da bir həftə sonu gecəsi əylənməyə getdiyi barda kişilərdən müxtəlif iltifatlar və hətta bəzən ortaya deyilmiş kimi sərf edilən (əslində özünü hədəf aldığını bildiyi ) cümlələr  eşitməyə vərdişkardır. Qəbul edək ki çox vaxt xoşumuza da gedər, yapışqanlıq olmasa  əlbəttə... Yaxşı ya kişilər? Açıq-aşkar bildirməsələr də onlar da əslində gözəl sözlərə və komplimentlərə ehtiyac duyur, təriflənməkdən xoşlanırlar. Kim bilər? Yanınızdakı kişiyə sərf edəcəyiniz gözəl bir cüt söz, bəlkə də yatan nəhəngi oyandırar və zaman zaman sıravi biri sandığınız yanınızdakı adamın içindən ‘romantik' bir şahzadə çıxarar... Qadınlar.Biz saytı sizə  indi də kişilərin  eşitməyə həsrət qaldığı sözləri açıqlayır!

Vay, vay sən nəymişsən belə?

Kişinizin qabiliyyətləri ilə əlaqədar komplimentlər edin.Mətbəxdə sizə kömək edərkən, avtomobili   geri park edərkən, evə gələn su axıntısını düzəldərkən və ya ‘yataqda' zaman keçirərkən... Bir kişi, etdiyi işlə əlaqədar eşitdiyi iltifatlar qarşısında əmin olun ki daha yaxşısını etməyə çalışacaq, özünü məcbur edəcək hətta və hətta pis vərdişlərindən belə imtina edəcək.

Mənə özümü gözəl (xoşbəxt, etibarlı, azğın, və s...) hiss etdirirsən

Bu cümlə, bir adama söyləyə biləcəyiniz ən  təsir edici və səmimi cümlələrdən bir dənəsidir. Hər hansı bir mövzuda sizi yaxşı hiss etdirdiyini düşünən bir kişinin özünə inamı artacaq, o da sizin gündəlik həyatdakı səylərinizi və sərf etdiyiniz eforu təqdirlə qarşılamağa meylli hala gələcək. Ayrıca sizinlə arasındakı ‘təbii' bağın daha da qüvvətlənəcəyindən heç şübhə eşitməyin...

Ən çox da çiyinlərinə (gözlərinə, gülüşünə, eşqbaz baxışlarına, kürəyinə, arxana) özümü  itirirəm


Bir kişiyə ‘çox yaraşıqlı' olduğunu demək çox vaxt təsirlidir. Lakin spesifik bir fiziki xüsusiyyətini ön plana çıxarıb üzərinə də bir az qadına xas cümlələr əlavə etmək, onu sanki ‘başdan çıxarmanızı' istəmiş kimi olar. Beləcə, eqosunu gözəlcə və yavaşca oxşamış olarsınız. İltifat  etdiyiniz yerə o əsnada kiçik toxunuşlarla təmas etməniz, təsirini təxmin edə biləcəyinizdən daha da çox göstərəcək. Sınayın!

Səninlə zaman keçirməkdən çox xoşlanıram

Bu iltifat da yanınızdakı kişiyə, onun yalnız xarici görünüşündən, maddi vəziyyətindən və ya ictimai statusundan deyil, öz mənliyinə vurulduğunuzu da isbatlar sanki. Bu iltifat, özünü ‘xüsusi' hiss etməsini təmin edəcək ən yaxşı iltifatlardan biridir.

Bunu geydiyində möhtəşəm görünürsən!

Əslində bu cümləni kişilərdən  eşitməyə sanki canatır. Lakin onlar da sevərək geydikləri bir paltarın özlərinə son dərəcə yaraşmış olduğunu  eşitmək və təsdiqlənmək istəyərlər. Özünü ‘stil sahibi' biri olaraq görən bir kişi çox daha nəzakətli davranan və yanındakı qadını ön planda tutan bir centlmenə çevrilie...


Sayəndə super bir gün keçirdim!

Birlikdə keçirdiyiniz bir günün ardından hər kişi bu cümləni eşitmək istər. Günün sonunda bu cümləni sərf edən bir qadın, bir sonrakı görüşmədə çox daha diqqətli, əyləncəli və nəzakətli bir kişilə görüşməyə hazırlana bilər. Eyni şəkildə, ‘çox gözəl bir hədiyyə' ya da axşam yeməyindəki bir şərab seçkisində ‘olduqca yaxşı bir seçki' kimi ifadələr də kişinizi şişirdəcək.
 
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 39 794
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri