Xəyallarınızın Qadını [Oğlanlar üçün]

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 762
Səs ver:
(səs: 0)
Gəlib keçici qısa əlaqələr sonrası birdə baxdınız ki, aşiq olmusunuz. Hətta həyatınızı onunla birlikdə keçirmək İstəyirsiniz. Ancaq bir neçə detal var ki sizi qorxudur. O halda ağılınızı yığın və təkliflərimizə qulaq asın.

Futbolu çoxu kişidən daha yaxşı bilir

Qız dostunuz tamamilə kişilərə aid olduğunu düşündüyünüz bir sahədə tam bir qurd. Bu ilk dəfədən xoşunuza getsə də getdikcə cansıxıcı olmağa başladı.

Həll: Dadını çıxarın.

Qadınlar bu kimi şeyləri əsla bir rəqabət olaraq görməz. Ona görə siz də görməməlisiniz. Hətta onlar üçün futbolu izləmənin ən yaxşı tərəfi birlikdə əyləncəli vaxt keçirə bilmənizdir. Boş-boşuna mərcləşməyin ya da yekə başlıq etməyin =) Unutmayın, o sizin rəqibiniz deyil, sevgilinizdir! Tək istəyidir sizinlə daha çox şey paylaşmaq...

• • • • •

Böyük bir ailəsi var

Qarşı tərəfin ailəsiylə tanış olma və özünü qəbul etdirmə müddəti onsuz da olduqca narahat edici bir vəziyyətdir. Hələ bir də Azərbaycanın qəhrəman ana ailələri kimi və səs-küylüdürsə tam bir işgəncəyə çevrilə bilər.

Həll: Sizinlə əylənmələrinə icazə verin. Böyük və tez-tez bir araya gələn ailələr ümumiyyətlə əylənməyi və gülməni sevər. İlk tanış olduqları
anda maraqları sizin üzərində sıxlaşacaq olsa da diqqətin qısa bir müddət sonra başqa bir sahəyə sürüşəcəyindən əmin olun. Rahatlayın və əsla küsəyənlik etməyin. Siz də özünüzü əyləncəyə qapdırın və öz haqqınızda belə zarafat edin. Budur, artıq ailəyə qəbul edildiniz belə.

Davamlı gəzməyə, alışverişə getmək istəyir bu imkanlardan yararlanıb onu evə dəvət edin.

Eşqbazlıq müddətində zövq alaraq etdiyiniz ən əyləncəli fəaliyyətlər belə davamlı edildiyində zəruri bir vəzifəyə çevrilə bilər.

Həll: Klassiklər

Məlum hər filmi kinoda izləmək bir kişi üçün çox da sevinərək qarşılanacaq bir vəziyyət deyil. O halda ən böyük hədəfiniz onu evdə film izləməyə razı salacaq yolu tapmaqdır. Əsla xeyr deyə bilməyəcəyi qarantidir filmləri izləməniz üçün bundan yaxşı fürsət ola bilməz. Həm kino mədəniyyətinizi təkrar nəzərdən keçirər həm də evdən çıxmaq məcburiyyətində qalmazsınız.

Xəyallarınızın qadınını necə təsəvvür edirsiz?
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 762
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri