Kişini kişi edən elə puldur

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 467
Səs ver:
(səs: 0)
Pul kişinin orqanizminə testosteron hormonu kimi təsir edir. Kişinin pulu çoxalanda, onun səsi də dəyişilir. Günahgarcasına zəif, titrək səsin əvəzinə ciddi bariton gəlir.
Gizlənməyə meyilli baxışlar daha özünəəmin, iti olub, qadını paltarın içində belə görməyə qadirdir. O, daha səlis,fasiləsiz,kəkələmədən danışır.

Qaməti, yerişi də dəyişir. Addımlarını geniş, iri atır. Pul artdıqca kişinin boyu 8-12 sm-ə qədər uzanır. Saçları gurlaşır, parlaqlaşır, çiyinləri düzəlir. Baş ağrıları, halsızlq aradan qalxır, təzyiq normaya düşür.

Üz dərisi hamarlaşır, gözlər civələnir, dodaqlarında cəlbedici, gizli təbəssüm yaranır. Onun zənginliyi 1 kilometrdən görünən siluetindən bəlli olur. O, gözəl olmaya bilər,amma nədənsə gözə xoş gəlir.

Pullu kişinin bədəninin ətri də spesifik olur. Çünki pul cinsi hormonları gücləndirir, seksual iştahanı artırır. Bir sözlə, pul kişini elə cəlbedici edir ki, bu enerjiyə heç bir qadın biganə qalmır.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 467
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri