Kişilərin futbol sevgisi

Müəllif: Miss_Azerbaijan
Şərhlər: 15
Baxılıb: 700
Paylaş:
Səs ver:
(səs: 1)
Psixoloqların illərdi apardığı araşdırma:
Xüsusilə kişilərin həyatında futbol matçlarını seyr etmək, bir futbol komandasının tərəfdarı olmaq niyə bu qədər əhəmiyyətlidir?

Niyə kişilər futbolu fanatik olma dərəcəsində bu qədər çox sevib təqib etməyə çalışır, hətta bütün plan və proqramlarını matç saatlarına görə qururlar?

Azarkeşlik etdikləri komandanın qazanmalarından çox xoşbəxt olub, itirdiklərində depressiyaya girəcək qədər özlərini pis hiss edirlər?

Bu və digər sualların cavablarını idmansevərlərlə bərabər psixoloqlar illərdən bəri araşdırmaqdadır. Araşdırmalara görə xüsusilə kişilərin matç seyr etməsinin ən əhəmiyyətli səbəblərindən biri fikirlərini dağıtmasıdır. Futbol gərgin iş rejimindən, gündəlik həyatın gətirdiyi məsuliyyətlərdən qurtuluş vasitəsidir.

Eyni zamanda, kişi matçı seyr edərkən özünü komandanın, ya da bir oyunçunun yerinə qoyur. Yəni, özünü onunla eyniləşdirir. Azrkeşlik etdiyi oyunçunun, yaxud komandanın müvəffəqiyyətini öz uğuru kimi qəbul edir. Oyun bitdiyində əgər komandası qazanıbsa, hesabı soruşduğumuzda şəxsin "bacardıq” deməsini yəqin çoxları eşidib. Əslində "bacardıq” kişilərin özlərini komandaları ilə nə qədər eyniləşdirdiklərinin ən güclü dəlilidir.

Necə ki, qadınlar aktrisa və modelləri özlərinə ideal seçərək onlara bənzəməyə çalışır, eləcə də kişilər futbolçuları özlərinə kumir hesab edirlər. Çünki futbolçu şəxsiyyətinin özü kişiyə şöhrət, güc, pul, rəqabət və dayanıqlılıq kimi hisslər gətirir və kişilərin özlərini daha yaxşı hiss etməsini təmin edir.

Psixologiyada bu məlumatları dəstəkləyən "İctimai şəxsiyyət nəzəriyyəsi”nə görə, özünə inamı olmayan şəxslər özlərini tək və təcrid edilmiş hiss edər, qayğılı hiss edərlər. İdman tərəfdarlığı "birlik”, "bərabərlik” və "bağlılıq” duyğularının kişilərdə yüksəlməsini təmin edir. Həmçinin depressiya riskini azaldır. Eyni zamanda futbol, kişiləri yeknəsəklikdən uzaqlaşdırır. Qadınların həyatı qədər rəngli və dolu olmayan həyatlarına həyəcan və coşğu qatmasına köməkçi olur.

Ayrıca futbol kişilərin içində basdırdıqları aqressiyanı sağlam şəkildə ortaya çıxarmasına fürsət verir. Kişilər xüsusilə matç seyr etdikləri an dünyadan əlaqələrini kəsə bilər, heç kimin düşüncələrinə, söylədiklərinə əhəmiyyət verməzlər.

Kişilər üçün futbol seyr etmək bir növ ictimailəşmə, ünsiyyət formasıdır. Bu zaman azarkeşin içində hər cür strategiya və taktika olur və beyni işlədir. Kişilər üçün futbol bir növ müalicədir. Hörmətlərini gücləndirən, aid olma duyğusunu yaşadan, həyəcan, coşğu və kef verib adrenalin ifraz edən müalicə. Həyatın stress, məsuliyyət və yeknəsəkliyindən qaçış fürsəti təmin edən vasitə sayıla bilər. Futbol yalnız bir oyun deyil, gerçək mənada kişilərə təqdim edilə bilən bir hədiyyədir. Bununla birlikdə, yenə də diqqət yetirməmiz lazım olan nöqtə isə hər şeydə olduğu kimi həyatımızda futbol taraftarlığında da həddindən artığa qaçmamaqdır. Yəni fanatikləşməmək.

Nəticədə həyatdakı bir çox şey kimi futbol da asılılığa səbəb ola bilər.

loading...
(səs: 1)
Şərhlər: 15
Baxılıb: 700
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
sadege kisiler deyil yani her kisi futbolu semediyi kimide her qadin futbolu sevir,menim takimim oynuyursa 90 dakika telenin qarshisindan ayrilmiram hele elave vaxtlarida artirilir
10 mart 2015 20:03
15
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Сладкий Ангел
hmm xebere gore twk
13 yanvar 2015 19:17
14
.Bir gülüşüm var Sizlərə ömür...
Offline
sona
Niwanlim elede futbol xestesi deyilbele bele vaxt oldurmek ucun baxir
11 yanvar 2015 23:24
13
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
Offline
emis
cok qicik
11 yanvar 2015 19:39
12
Offline
FISTIK
Meni xeste edib bu fudbol
11 yanvar 2015 13:56
11
Offline
Qlamurr
Futbol sevməyən kişilər çox azdı....
11 yanvar 2015 12:44
10
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Online
adsiz-a
men futbola baxmaqi bezen sevirem,yoldasimnan ikimizde baxiruq
11 yanvar 2015 11:18
9
Offline
AYKA-ISI
futbolu sevmirem wukurler olsunki yoldawimda sevmir

futbolu sevmirem wukurler olsunki yoldawimda sevmir
11 yanvar 2015 11:16
8
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
Offline
Fialka
Bəzi kişilər hec baxmırda futbola,mən daha cox canlı xoşum gəlir baxasan yoxsa televizyadan sevmirəm.
11 yanvar 2015 10:25
7
Offline
GUNAY---
yoldasim hec bir klubun delicesine fanati deyil cox sukurki ele beledi
11 yanvar 2015 10:11
6
Offline
uliçka
Real Madrid
11 yanvar 2015 10:03
5
Həyat kino kimidir,ən marağlı anında bitir
Offline
pozitiv
Men coooox sevirem.Insallah boyuyende barcelonaya gedecem)))
11 yanvar 2015 10:01
4
Saxta insanlara konlunu versen,orjinal acilar yasayarsan...
Offline
lili)
menim yoldasim hec sevmir futbolu baxmirda
11 yanvar 2015 09:52
3
Offline
BARBI
Kisilerde ne sevgidir bu futbol hec tukenmir
11 yanvar 2015 09:27
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
xeyalperest
Zehlem gedir fotboolda kişilerin coxsu ise manyaklaşib buna gore twk
11 yanvar 2015 09:23
1
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook