Kişilər nə üçün evlənmək istəmirlər?

Müəllif: NoName
Şərhlər: 14
Baxılıb: 949
Paylaş:
Səs ver:
(səs: 0)
Artıq erkən yaşlardan başlayaraq hər bir qadın qar kimi ağ gəlinlik libası, ağ atlı şahzadə, möhkəm ailə haqqında xəyallar qurur. Lakin bəzən xanımlar istədikləri adam ilə rastlaşdıqdan, yaxın münasibətlər qurduqdan sonra məyus olurlar, çünki onların xəyalındakı insan ailə qurmağa heç tələsmir.

Münasibətlər yaxşı formalaşsa da, sevgi və qarşılıqlı anlaşma hissi olsa da, kişi subaylığın daşını atmaq istəmir. Kişilər nə üçün nikahdan qorxurlar?

Azadlıq. Çox kişilər üçün "qanuni nikah” qəfəslə assosiasiya edilir. Kişilər öz azadlıqlarını itirməkdən qorxur və öhdəliksiz münasibət saxlamağa üstünlük verirlər.
Məsuliyyət. Nikah – hər iki tərəf üçün çox məsuliyyətli bir addımdır.

Qadınlar bu məsuliyyəti qürur və hörmət hissi ilə qəbul etdikləri zaman, kişilər bu addımı atarkən çox düşünürlər. Həyat bizə müxtəlif sürprizlər təqdim edir, buna görə ailə həyatını güclü kişi ilə qurmaq lazımdır. Əgər yolunuzun başlanğıcında o artıq özünə şübhə edirsə, bu zaman yolu davam etməyə dəyərmi?

Maddi çatışmazlıq. Kişi üçün sabit maliyyə durumunda olmaq çox əhəmiyyətlidir. Əgər onda əminlik yoxdursa, bu zaman ondan romantik təkliflər gözləməyin.

Valideynlərin fikri. Tez-tez olur ki, sevgililərin münasibətlərinə valideynlər, bəzən isə dostlar qarışırlar. Bir qayda olaraq, bu oğullarının sevgilisinə şəxsi antipatiya və ya mənzil məsələsi ilə əlaqəlidir.

Keçmiş təcrübə. Əgər kişi ailəli olubsa və bu təcrübə onun üçün uğursuz nəticələnibsə, bu zaman o çox çətin rəsmi münasibətlərə başlayacaq. Ona keçmiş itkidən və neqativ xatirələrdən qurtulmaq üçün vaxt lazımdır.

Qorxu. Öz xarici kişiliyinə və gücünə baxmayaraq, bəzi kişilər nikah qarşısında müəyyən fobiyalara malikdirlər. Bəziləri rədd edilməkdən, digərləri mövcud həyat tərzini dağıtmaqdan qorxurlar. Bəzi kişilər isə gələcəkdə daha yaxşı qadına rast gəlmələri haqqında düşünürlər.

Uşaqları sevmir. Kişilərin evlənməmələrinin daha bir səbəbi onların uşaq sahib olmaq istəməmələridir. Həris subay kişi üçün bu çox ciddi məqamdır.

Lakin təcrübə göstərir ki, belə kişilərin 85% öz övladlarını hər cür nazlayan və çox istəyən ata olurlar.

Xəsislik. Ailə yalnız məsuliyyət deyil, həm də daimi maddi xərclərdir. Buna görə bəzi kişilər evlənməyə riyazi hesablama ilə yaxınlaşırlar. Gələcəkdə hər qəpiyə görə hesabat verən birisi olmamaq üçün belə kişidən ayrılmanız daha yaxşıdır. Xəsis kişi ilə qurulan nikah uğursuzluğa məhkum edilmişdir.

loading...
(səs: 0)
Şərhlər: 14
Baxılıb: 949
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
ozleri biler her kesin oz ishidi
10 mart 2015 20:07
14
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Сладкий Ангел
aaa suala sinir oldumeeee cehenneme istesinler aaaa hele bil qadinlar yalvarillareee sevimsizlerrrr dv
21 yanvar 2015 19:22
13
.Bir gülüşüm var Sizlərə ömür...
Offline
ece uslu
mence cox zaman esas sebeb maddi catiwmazliq olur
18 yanvar 2015 00:21
12
Offline
tatyana
eslinde mesuliyyetli kisiler evlenmek istemirler,istemirler demekde duzgun cixmir sadece cox dusun-dasin edirler,aile dediyin kisinin mesuliyyetinde olur,kisidir herseyde aileye cavabdeh,aileni her seyden her yerde qoruyan,yuksek tutan,bu uzden mesuliyyetli kisiler gec evlenir,amma usaq-musaq ata puluyla yasiyan,berkgeden ogullar 22yasda evlenir,evlenmeye hecde cetinlik cekmeden
17 yanvar 2015 12:52
11
QELBİMİ PARAMPARCA EDEN İNSANLARIN QELBİNİ ALLAHIMA TAPŞIRDIM.....ALLAHIM SEN BİLEN YAXŞI
Offline
adsiz-a
burda yazilan fikirlerin hamisindan biraz biraz var indiki kisilerde ona qorede evlenmirler
17 yanvar 2015 12:39
10
Offline
Qlamurr
Bu gün kişilərin evlənməməyinin səbəbləri içərisində birinci yeri maddiyyat tutur,çünki istiyirlər ev olsun,normal işləri olsun,evlənəndə də ailəni saxlaya bilsinlər,həm qızlar da maddiyyatı yüksək olan oğlan istəyirlər.....ancaq başqa səbəblər də olur.....
17 yanvar 2015 12:28
9
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Offline
KRALİCEM
Mence duz detil sebeb?deyimdaaa..... ele kisiler varki evlendiler evlenmediler ele oz keflerindedi ne aile ne usaq aleyede usaqada atalari baxir ozderide keflerinde olurlar aradada alelerinin basinda xoruzduq edirler siddet gosderirler ondada qadin deyir senin haqqin yaoxdu meni atan anana saxlayir bele-belede bisanmaya bas alib gedirr
17 yanvar 2015 11:35
8
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
Offline
BARBI
Elbette mesuliyet boynuna goturmey istemirler nigah onlarcun qandal kimidir ozlerini serbest hiss etmirler.
17 yanvar 2015 11:32
7
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Fialka
Özünü dərk edib,güvənən və ailə məsuliyyətini anlayan kəs evlilikdən çəkinməz ola bilərki hansısa şəxsi səbəblərdən və ya nədənsə qorxsun bu hallarda istəmiyə bilər.
17 yanvar 2015 09:28
6
Offline
talis balasi
Eyer sevirse mutleq evlenecey hec neden qorxmaz
17 yanvar 2015 09:22
5
Offline
lili)
men inanmiramki sevdiyi qadinla evlenmek isdemesin ne qorxu kenar yaddan cixireeee sevende qulaqlar esitmir gozler yumulur
17 yanvar 2015 09:13
4
Offline
uliçka
təşəkkürlər
17 yanvar 2015 08:28
3
Həyat kino kimidir,ən marağlı anında bitir
Offline
Miss_Oxatan
Mence her bir kiwi,hetta evlenmeyi qefesden de beter hesab edenleri bele gozlemediyi,istemediyi zamanda belebo ki,heyatimin qadini dedikleri qadinla rastlawirlarsa o qadin o kiwinin beynindeki bu fikri,kriteriyakari darmadagin edir.mentiq ne qeder yox dese de sevgiye qalib gele bilmez.
17 yanvar 2015 07:58
2
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Offline
emis
Azadlıq. Çox kişilər üçün "qanuni nikah” qəfəslə assosiasiya edilir. Kişilər öz azadlıqlarını itirməkdən qorxur və öhdəliksiz münasibət saxlamağa üstünlük verirlər.
Məsuliyyət. Nikah – hər iki tərəf üçün çox məsuliyyətli bir addımdır.

Qadınlar bu məsuliyyəti qürur və hörmət hissi ilə qəbul etdikləri zaman, kişilər bu addımı atarkən çox düşünürlər. Həyat bizə müxtəlif sürprizlər təqdim edir, buna görə ailə həyatını güclü kişi ilə qurmaq lazımdır. Əgər yolunuzun başlanğıcında o artıq özünə şübhə edirsə, bu zaman yolu davam etməyə dəyərmi?

tabi ki de buna gore qorxaqlar
17 yanvar 2015 07:09
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv