Bu xüsusiyyətlər kişini qadından soyudur

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 4 620
Səs ver:
(səs: 1)
Müdirələr
Güclü, qərarlı və gözü çox vaxt özündən başqa heç kimi görməyən qadınlar kişiləri qorxudurlar. Kişilərin çoxu özündən daha yüksək mövqedə olan qadınla münasibət yaşamağa cəsarət edə bilmirlər. Bəziləri bunu özlərinə sığışdırmırlar, bəziləri də rədd cavabı alacaqlarından çəkinirlər. Odur ki, iş vaxtı ciddi obraza bürünsəniz də, işdən sonra şən əhval ruhiyyədə olduğunuzu nümayiş etdirin. Beləliklə, kişilər sizin də bir ürəyiniz olduğunu xatırlayacaqlar.

Qərarsızlıq yaşayan qadın
Heç bir mövzuda öz fikir, öz qərarı olmayan qadın da kişilərin xoşuna gəlmir. Başqalaırnın fikrinə həddindən artıq önəm verən və özgələrinin məsləhəti ilə oturub duran qadın kişinin gözündən düşür. Qərar verməkdən çəkinməyin. Çünki ən pis qərar belə, qərarsızlıqdan yaxşıdır.

Dost kimi davranan qadın
Sevgiliniz təbii halınızı xoşladığını desə də, onun sizin rəfiqəniz olmadığını yadda saxlayın. Odur ki, yanında diş təmizləmək, gəyirmək kimi hallara yol verməyin. Xəfif də olsa makiyaj edin. Qətiyyən yanında söyüşlə danışmayın, kobud sözlərdən istifadə etməməyə çalışın.

Şahzadələr
Heç bir işin qulpundan tutmayan, hətta buna təşəbbüs belə etməyən, özlərini şahzadə kimi aparan qadınlar da fərqində olmadan kişiləri özlərindən uzaqlaşdırırlar. Kişilər ilk vaxtlar bu tip qadınların cazibədarlığına və baxımlı hallarına vurula bilərlər. Ancaq onlarla ciddi əlaqə qurmağı ağıllarına belə gətirməyəcəklər.

Həddən artıq qısqanc
Qadınlar partnyorlarını sınaqdan keçirməyə meyillidirlər. Ancaq davamlı olaraq eyni mövzulara qayıdan və həddən artıq qısqanclıq edən qadın kişini bezdirəcək. Bu tip həyat tərzi qadının özünə də zərərdir. Çünki qısqanclıq insanda stress yaradır. Əgər partnyorunuzun sizə sadiq olduğundan və sizi sevdiyindən əmin deyilsinizsə, ondan ayrılın.

Əminik ki, sizi olduğunuz kimi bəyənən biri qarşısınıza çıxacaq.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 4 620
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri