Kişilərdə keçəlliyin dərmanı tapıldı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 4 341
Səs ver:
(səs: 0)
ABŞ Pensilvaniya Universitetinin bir qrup alimi kişilərdə saçtökülmə və keçəlləşmənin səbəbinin müəyyən edilməsində ciddi nailiyyət əldə olunub. Universitet laboratoriyalarında aparılmış tədqiqat nəticəsində saç tökülmənin qarşısını almaq və hətta saçların bərpa edilməsi yolları araşdırılıb. Keçəlləşməyə məruz qalan kişilər və laboratoriya siçanları üzərində aparılmış tədqiqatlar nəticəsində ABŞ alimləri saç tökülməyə səbəb olan proteini aşkar ediblər. Elmi araşdırmanın nəticələri keçəlliyi müalicə edən kremin yaradılmasına gətirə bilər. Alimlər aşkar ediblər ki, "prostaglandin D synthase" adlı protein baş dərisinin keçəlləşən sahələrinə aid zonalarda saç follekullarının hüceyrələrində toplaşır, lakin tüklü sahələrdə toplaşmır.

Həmin proteinin səviyyəsi yüksək olan laborator siçanların tamamilə keçəl olub, saç transpantasiyası əməliyyatından keçmiş kişilərdə isə saç böyüməsi dayanıb. Tədqiqatlara rəhbərlik edən Pensilvaniya Universitetinin dermatologiya fakültəsindən professor George Cotsarelis, deyir ki, prostaglandin proteinin saçın tökülməsinə səsbəb olduğu faktı sübut edilib.
Növbəti addım isə bu proteinə təsir edən maddələri aşkar etmək və proteinin bloklanmasının keçəlliyin qarşısını ala bilməsi və hətta itirilmiş saç örtüyünün bərpa edilməsinin mümkünlüyünün yoxlanmasından ibarət olacaq.
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 4 341
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri