Bu əlamət kişinin qadına qarşı biganə olmadığını göstərir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 616
Səs ver:
(səs: 2)
Kişilər hansı hallarda qızarırlar?
Hər bir kişi çox gözəl anlayır ki, ətrafındakı qadınlar onları xarakterizə edib qiymətləndirirlər. Kimisi ona aşağıdan yuxarı baxır, kimisi isə təpədən dırnağacan süzür, kimisi isə pulqabındakı pulları gözəyarı sayır. Məhz bu anlaşılmaz qiymətləndirmə kriteriyalarına və qadının fikrində hansı qiyməti aldığını bilməmək kişini utandırır.  Həmin sual dolu baxışlar altında onun üzü alışıb-yanır.

Ehtirasa gələndə...
İntim məsələlərdə kişilər qadınlara nisbətən daha çox qızarır. Ziqmund Frey qızarmanı erotik oyanmaya işarət edən fizioloji proses hesab edir. O, qadınları misal göstərir: Qadınlar soyunanda və ya ictimai yerlərdə ətəyi qalxanda, yaxası açılanda dərhal qızarır. Amma bu o demək deyil ki, o, utandı və xəcalət hissi keçirdi. Əksinə, o bunu həmin an istəyirdi və həmin an qadın daxili arzusunu, erotik hisslərini özü də hiss etmədən büruzə verdi. Orqanizm intim tələbatı dərhal üzə ötürür. Odur ki, qadınla söhbət zamanı kişinin üzü qızarırsa, deməli, o qadına qarşı 100 faiz biganə deyil və intim hissləri oyanıb.

Mövqeyini nümayiş etdirərkən...
Kişilər cəmiyyətdə mövqeyini nümayiş etdirəndə və möhkəmləndirmək istəyəndə, insanların hörmət və məhəbbət hissini, etibarını qazanmaq istəyəndə və bu istəkdən irəli gələn xoş təbəssümlə gülümsəyəndə qızarır.
İnsan yeganə varlıqdır ki, üzü tüklə örtülməyib. Əslində heyvanlarda da . Sadəcə onların üzləri tüklə örtüldüyü üçün bunu görmək mümkün deyil.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 3 616
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri