Sərt kişilər cinsi baxımdan daha aktiv olur

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 9 776
Səs ver:
(səs: 2)
Qadınların sevgili seçimində bütün xırda detallara fikir verdiklərini bilirik. Bu yaxınlarda aparılan bir araşdırma nəticəsində isə məlum olub ki, qadınlar sevgili seçərkən kişilərin üz quruluşuna və üzlərindəki xətlərə görə münasibətin uzun və ya qısa olacağını əvvəlcədən müəyyən edə bilirlər. Bu dəfəki məqaləmiz qadınların hansı üz quruluşuna sahib olan kişiləri seçmələri haqqındadır.

Qadınlar üçün yumru üz quruluşuna sahib olan kişilər daha idealdır. Çünki, onlarla uzun sevgi münasibəti yaşamağın mümkün olacağını düşünürlər. Bununla yanaşı, qadınlar diqqət cəlb edən qaşlara və uzunsov üz quruluşuna sahib olan kişilərlə sevgi münasibətinin alınmayacağına əmindirlər.

Michigan Universitetinin professoru Daniel Kruger tərəfindən aparılan araşdırma zamanı 854 qadına eyni vaxtda müxtəlif üz quruluşuna sahib olan kişi şəkilləri göstərilib. Bu zaman qadınlar üz quruluşu uzunsov olan kişilərlə az müddət sevgi münasibəti qurmağın mümkün olduğunu bildiriblər. Qadınların fikrincə, uzunsov üz quruluşuna sahib olan kişilər daha çox xəyanət edir, onlar yalançı, mübahisəyə meyilli olurlar.

Mütəxəssislərin sözləri isə belə deməyə əsas verir ki, üz cizgiləri kişilərdəki testesteron hormonlarının səviyyəsindən xəbər verir. Üz cizgiləri daha kəskin olan, ətrafda ciddi insan təəssüratı yaradan kişilərdə testesteron hormonu daha yüksək səviyyədə olur. Qadınların "babyface” kişilərə nisbətən sərt görünüşlü, əzmli görkəmi olan kişiləri sevməsinin əsas səbəbi isə bunun tibbi izahını bildikləri ilə əlaqəli deyil. Qadınlar sadəcə belə görünüşlü kişiləri fiziki cəhətdən daha güclü hesab edir, gələcək uşaqlarının da bu üz quruluşuna sahib olmasını istədikləri üçün onları seçirlər.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 9 776
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri