Kişiləri dəli edən 50 səbəb

Müəllif: Wiyinka
Şərhlər: 13
Baxılıb: 1933
Paylaş:
Səs ver:
(səs: 3)
Biz qadınların hansı hərəkətlərinin kişilərin xoşuna gəlmədiyini bilirsinizmi?
Ərinmədim, ətrafımda olan kişilərdən "Bir qızda/qadında xoşunuza gəlməyən cəhətlər hansılardır?”- deyib soruşdum.
Demək olar ki, hamısı aşağıdakı xüsusiyyətləri saydılar.
Bəzilərinə çox hirsləndim, "elə bil, siz də eyni şeyləri eləmirsiz heç?!” deyə içimdə fikirləşdim. Amma obyektiv olacağıma söz verdiyim üçün kişilər nə dedilərsə hamısını yazdım.
Buyurun, kişilərin bizdə xoşları gəlməyən və hətta bəzən onları dəli edən 50 səbəb. Oxuyaq və qeydlərimizi alaq.

1. "Danışmalıyıq” sözü ilə başlayan cümlələriniz (Oğlanların fikrincə, bu cümlə münasibətlərdə ilk sızıntıların meydana gəlməsinin siqnalıdır).

2. Necə olur-olsun alış-verişə bir yerdə getməliyik deməyiniz (Bunu hansı qadın istəməz ki – sevdiyi insanla bərabər shopping!)

3. "Səhər yuxudan duran kimi, axşam yatmamışdan öncə bir-birimizə zəng edək” deməyiniz.

4. "Səncə, mən gözələm?” və bu tipli suallar verməyiniz (Həqiqət eşqinə! Hansı kişi sizin üzünüzə gözəl olmadığınızı deyər?)

5. Dekolte geyib bu şəkildə ətrafdakıların da xoşuna gəlməyə çalışmağınız (Unutmamalıyıq ki, kişilər baxmağı sevirlər, amma öz sevgililərini kiminləsə paylaşmağı əsla sevmirlər).

6. "Mən sənin tanıdığın o qızlardan deyiləm” cümləsi (Bu cümləni dediyiniz an siz də "o” qızlardan olursunuz).

7. Gözəllik salonu və ya alış-veriş verişdə yaşadığınız detalları onlara danışmağınız (Bu anda təsəvvür edin ki, onlar da siz futboldan və ya hansısa avmobilin hansısa detalından danışırlar… – dözülməzdi deyilmi??? )

8. Ondan gül-çiçək almaq üçün ona "hiss etdirmədən” təzyiq göstərmək.

9. Gözlədilməkdən.

10. Bədbinlikdən (Hər zaman nədənsə narazıçılıq edən və ya heç bir şeyi bəyənməyən insanla kim bir yerdə ünsiyyətdə olmaq istər ki?)

11. Var-dövlət aşiqliyindən (Heç bir kişi onda qadını cəzb edən amilin pul kisəsi olduğunu qəbul etmək istəməz).

12. Tez-tez mobil telefonla onu aramağınız.

13. Onun mobil telefonunda axtarışlar eləməyiniz.

14. Telefonuna zəng və ya mesaj gələndə "kimdi O?”- deyə soruşmağımız.

15. "Mən sənə demişdim” sözünü deməyimiz (Onun yerinə "hər şey yaxşı olar, narahat olma” deməyiniz onları daha çox sevindirir və sizin qayğınızı hiss edir).

16. Dostlarının yanında ona "aşkım”, "Canım”, "quzum” kimi adlarla çağırıb ondan qarşılıq gözləməyiniz.

17. Ürəkdən qəhqəhə çəkərkən qızların ağzını əlləri ilə örtmələri.

18. Tez-tez keçmiş sevgilərindən danışan qızlar.

19. Onun keçmiş sevgilisi və ya sevgililəri haqqında ondan nəsə soruşmağınız (önəmli olan indi onun sizin yanınızda olmasıdır).

20. Çox yaxın dostunuz olsa belə sevgilinizin yanında başqa bir oğlan haqqında tez-tez danışmağınız.

21. Gündəlik həyatda və ümumiyyətlə çox makiyaj etməyiniz.

22. E-adresi və ya mobil telefonu parollarını ondan soruşmağınız.

23. Həftə sonları səhər-səhər ona zəng etməyiniz.

24. Onu ata, qardaş və ya keçmiş sevgilinizlə müqayisə etməyiniz.

25. Dırnaqlarınızın baxımsız olması.

26. Hər sözə ağlayan, gözü sulu olmağınız.

27. Hadisələri şişirdərək danışmağınız və ya hadisələrə lazım olduğundan güclü reaksiya verməyiniz.

28. Lazımsız qısqanclığınız.

29. Onun anası ilə nədəsə yarışmağınız.

30. Onun bacılarını müzakirə etməyiniz (Bu məsələdə təxmin edə bilməyəcəyiniz qədər kobud ola bilərlər, ona görə də, aman, diqqətli olun).

31. "Səncə, bu qız gözəldir?” sualından (Cavab olaraq "hə” desə qısqanclıq davası, "xeyir” olarsa, yalan danışmaqda ittiham olunmağa görə dava çıxar, yəni istənilən halda mübahisə yaranacaq, ona görə bu sualı heç vaxt verməyin).

32. "Məni nəyə görə sevirsən?” sualı.

33. Yemək üçün hansısa restorana gedəndə dietik yeməklər sifariş verməniz və tez-tez arıqlamalı olduğunuzu deməyiniz.

34. Ona qulaq asmamağınız.

35. Sözünü yarımçıq qoyub söhbəti başqa bir istiqamətə yönəltməyiniz (Xüsusilə də, bu əgər saxladığınız dietaya və ya yan masadakı qızın paltarına aid söhbətdirsə).

36. Tapmaca kimi işarələrlə danışıb, oxu atıb, yayı gizlətməyiniz.

37. Bürclərdən danışmağınız.

38. Ona "çox şirin görünürsən” deməyiniz (Onların gözündə "Şirinsən” sözü ancaq qızlara deyilə bilər).

39. Saçlarıyla oynamağınız.

40. "Soyuq olacaq, əynini bir az qalın elə” deməyiniz (Bu zaman onda "yanımdakı sevgilimdir, ya anam” düşüncəsi yaranır).

41. Elədiyi zarafatlara (pis olsa belə) reaksiya göstərməməyiniz.

42. Ona balaca ayı, ürək şəkli olan nəsə bir şey və ya buna bənzər hədiyyələr almağınız.

43. Çox seriala baxan qızlar və bunu onlara danışmağınız.

44. Mobil telefonunuza baxdığınız serialın mahnısını zənginiz olaraq qoymağınız.

45. Xoşunuz gələn kişi sənətçinin şəkillərini toplamağınız.

46. Qız dostunla onun yanında pıçıltı ilə danışmağınız.

47. Telefona cavab verməyəndə ona "Allah bilir, nə işnən məğul idin ki, telefona cavab verə bilmirdin”- deməyiniz.

48. Onun telefonlarına cavab verməməyiniz (47-48-ci maddələr arasındakı ironiyaya baxın – özü teleefona cavab verməyəndə normaldır, amma onun telefonuna cavab verməməyiniz onu dəli edir).

49. Başqalarının münasibətlərini sizin münasibətlərlə müqayisə etməyiniz.

50. Onun yanında başqa kişiləri tərifləməyiniz.

loading...
(səs: 3)
Şərhlər: 13
Baxılıb: 1933
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
deyin ele her seyden
10 mart 2015 20:43
13
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
GünƏşimƏ_AiD_
Bu sesbleri mutleq etmek lazimid.Qoy deli olsunlar.Onlarda bizi deli edirler.biz niye etmiyyekki?. 122 yaaxsi edirik kro
23 fevral 2015 23:33
12
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Offline
lili)
bes qadini deli eden 50 sebeb yoxduki
23 fevral 2015 08:42
11
Offline
FISTIK
ta ne qaldi bunlar ele her seye deli olilarki.)))
23 fevral 2015 02:46
10
Offline
uliçka
Sitat: Svetoklana
Bunları mənə etsələr men deli olaram qaldı ki,kişilər...))kişinin işine qarışmazlar lap ister sevgilin olsun,istər nişanlın olsun,istərsə heyat yoldaşın...kişi qadaga qoya bilər,amma ona qadaga qoya bilməzsən...!

mənimdə düşüncəm belədir

Amma bir 39 sualla tam razı deyiləm,
22 fevral 2015 23:51
9
Həyat kino kimidir,ən marağlı anında bitir
Offline
roksi1995
onlari deli elemye nese lazim deyil onlar onsuzda delidirler
22 fevral 2015 16:16
8
ozunu hec kimden ustun tutma!!!
unutma aftafa qizildanda olsa yeri tualetdir
Offline
Aydan Habili
40 ci ile razı deyiləm 17ci ni basa dusmedime ürəkdən güləndə elmizi ağzımıza qoymaq ki bu axi ele pis görsənə bilər nebilm valla amma qalanları ile raziyam sagolun
22 fevral 2015 16:13
7
Offline
qanadli melek
Ayy 47edirem deli olmur ey bawinan tustu cixir aliwir yanir))))buda mene lezzet edir)))
22 fevral 2015 14:20
6
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Offline
emis
Sitat: aziz a
Oyy ne qeliz oldu,amma bunlar olur mence, bes goresen qadinlari deli eden 50 demirem hec,10 sebeb nedir?ele kisileri dusunuruk nes biz???????

hay aklinila bin yasa 08
22 fevral 2015 11:49
5
Offline
naxçıvan balası
Azdı kişilere ele qoy deli olsunlar bezen men isdeyerek deli edirem neceki o meni deli.edirse qisasa qisas
22 fevral 2015 09:34
4
Offline
BARBI
Burda yazilannarin 90 faizinde kisiler haqsizdir bizide deli eden cox sey var ozude 50 bend deyil yazacaqlarimuz 150 benddir qadinlar sadece sevgilerinin ucaliginnan susur ve sikayet etmir sizde biraz bizi ornek gotursez yaxsi olar
22 fevral 2015 09:09
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Fialka
Bəziləri ilə razıyam bəzilərində isə əksinə kişilər hansı hərəkətdən xoşları gəlmirsə onda gərək özləridə o hərəkəti etməyə ...
22 fevral 2015 08:51
2
Offline
aziz a
Oyy ne qeliz oldu,amma bunlar olur mence, bes goresen qadinlari deli eden 50 demirem hec,10 sebeb nedir?ele kisileri dusunuruk nes biz???????
22 fevral 2015 08:50
1
Rebbim kömek olsun cümlemize Amin

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv