Kişilər çox zaman qadınlara qayğı göstərməyə daha çox üstünlük versələr
də, bəzən bunun əksini də istəyirlər. Sadəcə bunu büruzə
vermirlər.Hərçənd qadını ələ almaq üçün 1 dəstə gül, bahalı parfüm
firmasından bir ətir, yaxud da yumşaq oyuncaqla qadının ürəyinə daha tez
yol tapmaq olursa, kişilərdə bu heç də asan deyil. Sizə bəzi məsləhətər
verəcəyik, ümid edirəm ki, faydalı olar:
1. Onun üçün geyim tərzinizi dəyişin – Əgər siz "Nə zaman nə
istəyirəmsə, onu geyinirəm”-deyə fikirləşirsinizsə, sadəcə 1 neçə gün
dəyişiklik edin və sadəcə onun sevdiyi stildə, onun sizə bağışladığı
hədiyyələrdən birini geyinin. Alış-verişə onunla çıxın, bu dəfə o sizin
üçün geyim seçsin, onun seçimi ilə tam razılaşın. Bu zaman yadda
saxlayın ki, siz bunu özünüz üçün yox, Onun üçün edirsiniz. Belə olacağı
təqdirdə, siz Onun kiçik fantaziyalı dünyasının tək sakini olacaqsınız.
Hərçənd təbiətcə kişilər daha çətin bir sxemdə proqramlaşdırılıb, siz
bu sxemi sadələşdirin.
2. Fiziki hərəkətlərlə diqqətini cəlb edin – fərqi yoxdur siz nə
edirsiz: masa arxasında əyləşəndə ayaqlarınız onun ayaqlarına qəsdən
toxunur, yaxud da əlinizi sadəcə onun çiyninə qoyursuz. Bu halda hər bir
kişi qadının incə toxunuşundan rahat olur, psixi gərginliyi aradan
qalxır. Bu kişilərin lüğətində – "Mən səni qəbul edirəm… Mən səni
sevirəm… Biz bir komandayıq” kimi fikirlərlə üst-üstə düşür.
3. Heç bir qadağa qoymadan dostları ilə maraqlı bir gecə keçirməsini
təşkil edin. Sizə qəribə də gələ bilər ki, bu komandada romantika
yoxdur, yaxud siz diqqətdən kənarsız. Təbiətdə qəribə qayda var: it-it
üçün, canavar isə canavar üçün. İnsan da nə qədər səs-küylü məclisdə
olsa belə, öz sevdiyi üçün, bu gecəni təşkil edən üçün darıxacaq və
nəzərində ona olan hörmətə eynilə cavab verəcək.
4. Ona necə də güclü olduğunu xatırladın – Kişilər heç zaman özlərini
tərifləməyi sevmirlər, ələlxüsus da qadın qarşısında güclü olduqlarını
heç zaman dilə gətirmirlər. Amma bu o demək deyil ki, kişilər tərifi,
malik və qadir olduqları barəsində kimdənsə tərifə etiraz edirlər,
əksinə, bunu xoşlayırlar. Onların hamısı qəhrəman olmağa can atırlar. Bu
işdə onlara stimul da verə bilərsiz.
5. Ona hansısa bir məkanda istirahət etməsi üçün bilet bağışlayın –
əvəzində nə istəyirsiz? Şənbə günü SPA salonunda massaj, yoxsa mətbəx
üçün ləvazimat? çoxlarınız SPA salonunu seçəcəklər. Yadda saxlamaq
lazımdır ki, kişi hədiyyə alan zaman mütləq hədiyyəni qaytarmağa meyl
etmir. O, sadəcə xatırlandığında və qayğı gördükdə 2 qat əvəzini
çıxmağaçalışır.
6. Evdənkənar həyatı ilə maraqlanın – biz elə bir cəmiyyətdə yaşayırıq
ki, evdəki işlərdən fərqli olaraq evdən kənarda olduqda belə başqa
insanların əhatəsinə düşürük. Əgər o sizə hər şeyi danışmırsa, deməli
qaranlıq məqamlar da var, yaxud o sizə demək istəmir. Bununla özünüz
maraqlanın. Misal üçün iş yerinə gözlənilməz sürpriziniz və naharı bir
yerdə etmək dəvəti, yaxud da işdən sonra iş yoldaşları ilə birgə evə
dəvət onun ürəyincə olacaq. Siz onu yenidən kəşf edəcəksiniz.
7. Ona hər hansısa bir sirrinizi açın – kişilər dostluğa hər zaman
hazırdırlar. Əgər siz ona sirrinizi açırsınızsa, onu ürəyinizə daha da
yaxın buraxmağa çalışın. Ona inandığınızı və etibar etdiyinizi sübut
edin. Cavab olaraq siz də onun sirrini artıq biləcəksiz