Kişilər bu qadınlarla ikinci dəfə görüşə getmirlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 9 617
Səs ver:
(səs: 3)
Qadınlar həqiqətən də çətin başa düşülən varlıqlardır. Qadınlar kişidən xoşu gəlsə də, rəfiqələrinin fikrini öyrənməyə tələsir. Kişilər isə daha sadə qadınları sevirlər. Qadınlar bir məsələni bir neçə tərəfdən düşünüb müzakirə etsə də, kişiləri məsələnin ancaq bir tərəfi maraqlandırır və qarşı tərəfdən də ancaq bunu gözləyir.

Kişilər bəzi xüsusiyyətlərə sahib olan qadınlardan uzaq durur. Kişilər saatlarla gözləməkdən və görüşə gecikən qadınlardan xoşlanmırlar. Davamlı olaraq görüşə gecikən qadınlardan uzaq durmağa çalışırlar. Çünki onların məsuliyyətsiz olduğunu və hər şeyə laqeyd münasibət bəslədiyini düşünürlər. Beləcə sizi gözləmək əvəzinə dostları ilə yaxşı vaxt keçirməyi daha üstün tuturlar.

Özündən razı, axmaq qadınlar, kişilərin uzaq durduğu siyahının başında gəlir.

Kişilər bəyəndiyi qadınlara kompliment deməyi sevirlər, tərifləyən zaman kişilərə normal və ya kobud cavab verən qadınlar, onları özlərini pis hiss etməyə məcbur edir. Çünki kişilər bu tərifin qarşılığında gözəl sözlər eşitmək istəyirlər. Buna görə özünüzdən nə qədər əmin olsanız da, kişilərə istədikləri rəftarı göstərin.

Əvvəlki münasibətlərindən danışan qadınlar kişilər üçün ancaq vaxt itkisi deməkdir. Yeni tanış olduqları qadınlar əvvəlki sevgilisindən danışırsa, deməli onu hələ də unutmayıb. Bu isə heç bir kişinin xoşuna gəlmir. Bu kişilərə ona bağlanmayacağınız, hətta aldatma ehtimalı olduğunu düşünməyə vadar edir.

Qadınlar ilk görüşdə bəzən rola girə bilir və özlərini başqa cür təqdim edirlər. Həqiqətən kim olduqları kimi deyil, olmaq istədikləri kimi davranırlar. Bu kimi hallarda qadınlar bəzən rollarını yaxşı oynamır və özlərini ələ verirlər. Kişilər sizin rol oynadığınızı başa düşsə, sizinlə bir daha görüşmək istəməz. Buna görə özünüz kimi olun.

Kişilər sadə və bəsit qadınları sevirlər. Kişilər üçün qadının təbii gözəlliyi böyük rol oynayır. İlk görüşə hədsiz makyaj və parıltılı geyimdə getməyin. Əks halda, bu sizin üçün ancaq neqativ təsir yarada bilər.

Eyni zamanda kişilər şikayət edən və həmişə pis düşünən qadınları sevmirlər. Onunla birlikdə əylənməyi bacarmalı və pozitiv olmalısınız.
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 9 617
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri