Təraşdan sonra dərinizdə qaşınma yaranırsa

Müəllif: NoName
Şərhlər: 5
Baxılıb: 775
Paylaş:
Səs ver:
(səs: 1)
Bəzən üzqırxmadan sonra dərimizdə müxtəlif problemlər meydana gəlir: dəri qızarır və qaşınmalar yaranır və.s. Əgər siz də bu kimi problemlərdən əziyyət çəkirsinizsə o zaman bu məqaləni diqqətlə oxuyun. Çünki bu dəfəki məqaləmiz ülgüclə üzqırxmadan sonra yaranan problemlərin həlli haqqındadır.
Mount Sinai Xəstəxanasının Dermatoloji Departamenti və Kosmetik Klinik araşdırmalar mərkəzinin direktoru Dr.Joshua Zeicherə görə dərisi qızarmaya meyilli, quru və qaşıntılı olan kişilərə üzlərini təmizləmək üçün ülgücdən istifadə etməmək məsləhət görülürür. Əgər ülgücdən istifadə etməkdə qərarlısınızsa, bu prosesdən bir neçə saat öncə üzünüzü buna hazırlamalısınız. Hazırlıq prosesi isə aşağıdakı məehələləri əhatə edir:

Buxarlı bir duş qəbul edin: İsti su həm saçları, həm də üz dərisini yumşaldır. Üz dərisi isti sudan sonra yumşaldığı üçün bu zaman rahat formada ülgüclə təmizləmək olar.

Köpükləndirin: Ülgücdən əvvəl istifadə edəcəyiniz köpüyü üzünüzə çəkin. Onun 1-2 dəqiqə dərinizdə qalmasını təmin edin. Əgər, saqqalınızı yumşaltmaq istəyirsinizsə, bunun üçün fırçadan istifadə edə bilərsiniz.

Ülgücünüzü dəyişdirin: Üzünüzü təmizləyən zaman ülgücün üz dərisinə ilişdiyini görürsünüzsə, onu mütləq dəyişin. Köhnə ülgücdən istifadə etmək olmaz, çünki o üz dərisində kəsiklərin əmələ gəlməsinə səbəb olur. Standart bir ülgücü qısa müddət sonra dəyişmək lazımdır.

Nizamlamanı unutmayın: Qalın saqqalları köpükdə 10-15 dəq saxlayın. Təraşa saqqalın yanından başlayın. Əvvəlcə boynunuzdan çənənizə doğru, sonra isə bığlarınızı təmizləyin.

Üzünüzü əks istiqamətdə qırxmayın: Ülgücü üz dərisində əksinə istifadə edirsinizsə, bu o deməkdir ki, özünüz bir çox problemlərin yaranmasının əsasını qoyursunuz. Təmizləndikdən sonra, saqqallar təkrar böyüyən zaman dəri içində sıxılmağa başlayacaq. Eyni zamanda bu üz qırxımından sonra saqqallarınız heç zaman arzulamadığınız formada da uzana bilər.

Təzyiqi azaldın: Üzünüzü yaxşı təmizləmək üçün üz dərisinə təzyiq etməyin. Ülgücdən düzgün və səbrlə istifadə edin.

Qurulayın və təkrarlayın: Hər 1-2 ülgüc hərəkətindən sonra ülgücü suyun altında isladın. Ülgücü təmizləmək üçün heç yerə vurmayın. Üzünüzü təmizlədikdən sonra isə nəmləndirici kremlərdən istifadə edin.
Bu qədər, əziz kişilər. Əmin olun ki, üzünüzü bu üsulla təraş etsəniz, dərinizi zədələnmədən və sonra yarana biləcək qaşınmalar, qızartılardan sığortalayacaqsınız.

loading...
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 775
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
kisiler baresidedi
21 mart 2015 14:51
5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
BARBI
Bu yanma hissi yeqinki istifade etdiyi vasitedendir deyisse problemde hell olunar
21 mart 2015 11:26
4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
miray
kisilere aid lazimli xeberdi tesekkurler
21 mart 2015 09:42
3
Offline
Fialka
Bu xəbərə kişilər baxsın deyəcəm amma qadınlardı ....))
21 mart 2015 09:11
2
Offline
emis
evli qadinlar erleri ucun oxuya biler eyer bele problemleleri varsa bizde yaxinimiz ucun oxuyaq 23 her insanin derisi ferqli olur kiminki bele seye qizarmaya meyilli kiminside quruluga ya nese bir probleme tesekkurler
21 mart 2015 09:11
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv