Yalnız qadınlar üçün: Kişilər nə istəyir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 3 876
Səs ver:
(səs: 3)
Kişinin fikrincə, yetkinliyin əsasında üç mühüm sual dayanır: Mən kiməm? Nəylə məşğulam? Nə qədər qazanıram?
Nə qədər ki o, bu suallara cavab tapmayıb və onların doğurduğu problemləri həll etməyib, ondan heç nə gözləməyin. O, özünü xoşbəxt hiss etməyəcək və təbii ki, sizə ayırmağa vaxtı da olmayacaq.
 
Kişi özünü hamıdan üstün hiss etmək istəyir. Heç olmasa, bircə sahədə. O bilir ki, bütün sahələrdə birincilik əldə etməsi mümkün deyil. O, birinci olmaq, bununla qürur duymaq istəyir və əlbəttə, istəyir ki, qadın bunu görsün. Yoxsa bu birinciliyin heç bir mənası yoxdur.
Nə üçün o, evdə deyil, niyə işinə bu qədər çox vaxt ayırır? Ona görə ki, onun dünyasında bütün uğurlara qiyməti kişilər verir. Başlanğıcdakı üç sualı xatırlayın. Kişi üçün bütün uğur bu sualların cavabındadır. Və əslində, sizin seçdiyiniz adam hələ bu suallara cavab tapmayıbsa, deməli, bağışlayın, amma öz günahınızdır - düzgün seçim etməmisiniz.
 
Kişi qazanmalı və müdafiə etməlidir. Qazanmaqdan söz düşmüşkən, o, gözəl anlayır ki, birdən-birə sosial statusunu dəyişə bilməz. Amma heç olmasa, perspektiv, istiqamət aydın olmalıdır. Aha, bax burada siz ona yardım edə bilərsiniz. Əgər özünüzdə bu gücü hiss edirsinizsə, irəli!
Onların sevgisi nə ilə fərqlənir? Qadın sevgisi zaman, məntiq və şəraitlə bağlı bütün sınaqlarından çıxmağa meyllidir. Və o, qarşı tərəfdən də məhz bunu gözləyir. Kişilər isə təbiətcə daha sadədirlər. Məsələn, normal kişi hər yarım saatdan bir sevgisinin bir az da artdığını bəyan etmək üçün zəng etməyəcək, bəlkə, heç qadını xəstələnəndə onun saçlarını oxşayıb, alnındakı soyuq kompressi yeniləməyəcək də. Amma həkim çağırıb, sizin sağalmağınız üçün gərəkli resepti yazdıracaq və ləngimədən aptekə qaçacaq.
 
Əlbəttə, kişi sevə bilir. Amma başqa cür.
 
Bəs evlənmək üçün seçdiyiniz kişi məhz sizi sevirmi? Bunu necə bilmək olar? Çox asanlıqla. O, bunu bəyan edəcək. Özü də tək sizə yox, bütün dünyaya. Yox, "mən onun dərdindən dəliyəm" deməsini gözləməyin, amma adam sizə münasibətini də heç kəsdən gizləməyəcək. Adi bir məqamı düşünün: hər hansı kişi bir məclisdə "filankəs mənim qadınımdır" deyirsə, hətta həmin xanıma rəğbəti olan kişilər də mütləq geri çəkilirlər. Bu, onlar üçün siqnaldır. Və fərqi yoxdur, bu vaxtadək həmin qadın barədə nə düşünüblər, o qadın da cavabında yüngül flirtə meylli olub, ya yox. Məsələ qapanır. Çünki yazılmamış kişilik qanunları var.
 
Yox, əgər o, məclisdə sizi rəfiqəsi kimi təqdim edib adınızla müraciət edirsə, əmin olun, elə belədir ki, var və siz onun üçün bundan artıq heç kəs deyilsiniz.
Əgər siz sevdiyiniz kişi ilə görüşürsünüzsə və ilk doxsan gün müddətində o sizi anası, ailəsi, dostları və ya ən yaxın bildiyi adamlarla ilə tanış etməyibsə, məsələ heç də ürəkaçan deyil. Barışın və hədəfi dəyişin, siz onun planlarında yoxsunuz...
Kişi sevirsə, əmin olun, heç vaxt sizin ondan pul istəməyinizə şərait yaratmayacaq, bütün zəruri xərcləri qeyd-şərtsiz qarşılayacaq. Bunun üçün onun imkanı yoxdursa, o özünü natamam hiss edəcək və qaçmağa məcbur olacaq.
 
Buna da əmin olun: sizin tam haqqınız çatır ki, nahar üçün hesabı verməsini, kinoya bilet almasını və s. ondan gözləyəsiniz. Bu, təbii ki, onun xoşuna gəlir. Əlbəttə, sizdən ciddidən xoşu gəlirsə...
Kişi sevirsə, sizi müdafiə edəcək. Həmişə və hər yerdə. Bəli, siz onun mülkiyyətisiniz və yaxşı olar ki, bu fikirlə barışasınız.
Dövrümüzdə kişilərin deqradasiyaya uğraması ilə bağlı fikirlər çox tez-tez səslənir. Kişi bəzən özünü əsl ("köhnə") kişiyə yaraşan tərzdə aparmır. Bilirsiniz niyə? Çünki qadın bunu ondan gözləmir.
 
Yaxşı, bəs kişi qadından nə gözləyir? Üç şey - dəstək (diqqət, minnətdarlıq, tərif), sədaqət və əlbəttə, seks. Bunlardan hər hansı birini evində görməyəndə... aydın məsələdir, kənarda axtaracaq və böyük ehtimalla, tapacaq da...
 
Kişilər hansı cümləni sevmir? Bunu, yəqin ki, bilirsiniz. Əlbəttə, ilk növbədə "Biz danışmalıyıq" cümləsini. Niyə? Çünki bu zaman o belə başa düşür ki, ya nəyisə düz eləməyib, ya da əslində, siz onunla heç danışmaq da istəmirsiniz. Əlbəttə, kişi bəzən səhv elədiyini anlayır, amma onunla bunu müzakirə etmək uğursuz addımdır. O, sizin qəzəbli mühazirənizə qulaq asmayacaq. Səmimi söhbət isə... Yox, kişiyə rəfiqəniz kimi yanaşmayın. Onlar ürəklərini boşaltmaq üşün danışmırlar. Danışırlarsa, deməli, problem var və onu həll etmək, situasiyanı düzəltmək istəyirlər. Yox, sadəcə, gileylənmək istəyirsinizsə, bunun üçün rəfiqələriniz kifayət edər.
 
Yox, əgər problem ciddidirsə və o sizi dinləmirsə, yenə də bağışlayın, seçim... seçim düzgün olmayıb. Lap əvvəldən. Və o, əlbəttə ki, sizi sevmir.
Yaxşı olar ki, sizi narahat edən söhbətə - bu, ciddi məsələdirsə - məhz belə başlayasınız: "Əzizim, hər şey qaydasındadır, sadəcə, mən bir şeyi kiminləsə danışmalıyam". O, sizi dinləyəcək. Mütləq dinləyəcək. Əlbəttə, əgər sevirsə...
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 3 876
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri