Dabanaltı kişilər kimlərdir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 4 577
Səs ver:
(səs: 3)
Bir çoxları hələ də bilmir dabanaltı kişilər kimlərdir, onları niyə elə adlandırırlar və realda necə üzə çıxır. Bir çox versiyalar olsa da, psixoloqlar sadə və effektiv açıqlamalar veriblər. Bir çoxları bunu pis hal hesab etsələr də, qadınlar üçün belə kişilər idealdır. Lakin bir çox qadınlar onları sevmir.

Dabanaltı kişilər gözəl qadınları itirməkdən qorxurlar

Dabanaltı kişinin kim olduğunu bilmək istəyirsiniz isə, bilin ki, bu kişi gözəl və onu təmin edən qadını itirməkdən qorxan olandır. Əgər qadın öz üstünlüyünü hiss edirsə və onda eqoistik xüsusiyyət vardırsa, kişiyə onu əldə etmək üçün tələbləri irəli sürür. Dabanaltı kişi pul qazanır və qadın bundan istifadə edərək, pulları sağa-sola xərcləyir. Hətta başqa kişilərlə belə tanış olur. Nəticədə kişi qadın üçün pul qabı rolunu oynayır və bir kişi kimi onu cəlb etmir.

Dabanaltı kişilər sadə və utancaq xarakterə malikdirlər

Həmçinin dabanaltı kişilər çox vaxt utancaq, sadə xarakterə malik olurlar. Onlar qadınlarla ünsiyyətdən çəkinirlər və gözəl qadınla tanış olduqları zaman onu itiməmək üçün əllərindən gələni edirlər. Bu münasibətlərdən kişi xoşbəxt olmasa da, qadın üçün fərq etmir. Qadın gəzir, əylənir və eyni zamanda maddi ehtiyacı olmur.

Kişi qadın üçün çalışsa da, qadın ona öz sevgisini vermir, lakin kişi qadını itirməmək üçün bu birliyə belə razı olur. Hətta qadının başqa bir kişi ilə gəzdiyini belə bilsə də.

Dabanaltı kişilər lider rolunu çiyinlərinə götürməkdən çəkinirlər

Əsl kişi ailədə onun lider olduğunu bildirir, dabanaltı kişilər isə məsuliyyətdən qaçır və sükanı qadına verir. Bilin ki, qadın dabanaltı kişinin rəisidir. Dabanaltı kişilər qadına qulaq asır, onun dalınca qaçır, qadına bağlıdır və onu itirməkdən qorxur.

Qadın belə kişini yanında saxlayır, kişi ona bəlkə də, daim xəyanət edən bir qadın üçün ömür boyu işləyir. Belə kişilər qadınları çox nadir hallarda təmin edə bilsələr də, onların maddi ehtiyaclarını ödəyə bildikləri üçün qadınlar onları nəzarət altında saxlayırlar.

Dabanaltı – kişi deyil, dabanaltı olmaqdan qaçmaq

Əgər siz dabanaltı olmağın pis olduğunu anlamısınız isə, belə kişilərdən olmamağın yolunu öyrənmək istəyəcəksiniz. Hər şey çox sadədir, kişi olun, sevdiyiniz işlə məşğul olun, qadına isə qadın işlərini həvalə edin. Əgər qadın işləmədiyi halda belə, yığışdırmaq, yumaq, təmizləmək, bişirmək, ütləmək və s. işləri görmək istəmirsə, belə qadın nə qədər gözəl olursa olsun sizə lazım deyil.

Əgər siz artıq dabanaltı kişilərdənsiniz isə, bu vəziyyətdən çıxmaq üçün sizin iradəniz güclü olmalıdır. Bütün ailənin qazancı sizin çiyinlərinizdədirsə, qadına pulları sağa-sola xərcləməyə icazə verməyin, büdcəyə nəzarəti əlinizə alın. Alış-veriş planını özünüz qurun, pulu özünüz yığın. Ən ideal variant olaraq, elə bir qadın tapın ki, o həm gözəl və həm də öz yerini bilən olsun. Sizə və ailənizə qulluq etsin, sizi başa düşsün və dəstək olsun.
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 4 577
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri