Xanımlarla tanış olmağın ən asan yolu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 90 026
Səs ver:
(səs: 21)
Əziz kişilər, yəqin ki, qadınların qəlbini fəth etmək üçün daim müxtəlif yollar axtarırsınız. Lakin xəbəriniz olsun ki, hamının istifadə etdiyi quru, şablon cümlələr artıq qadınlara münasibət qurmağa kömək etmir.
Bu dəfəki məqalədə sizə xanımlara yaxınlaşan zaman tanışlıq üçün köməyinizə gələcək sınanmış təcrübələr haqqında məlumat verəcəyik.

Onun diqqətini üzərinizə çəkin
Eyni tədbirdə, qonaqlıqda ya da restoranda olduğunuz zaman bəyəndiyiniz xanımın diqqətini öz üzərinizə çəkməyə çalışın. Əgər bunu baxışlarınızla bacarmasanız, sözləri işə salın. Sosioloq Dr. Papper Shcwartzın sözlərinə görə aşağıdakı cümlələr bu istiqamətdə sizə köməkçi ola bilər.

Mənimləsiniz? Xeyr, yanlış anlamışam? Aha aydındır, ünsiyyət qurmaq istəyirsiniz, amma çəkinirsiniz. Bu sözlərdən sonra qarşınızdakı xanım istər-istəməz sizinlə danışmağa başlayacaq. Söhbətin davamını müəyyənləşdirmək isə birbaşa sizdən asılıdır. Bu sözlərinizlə siz açıq şəkildə onunla maraqlandığınızı, dialoq qurmaq istədiyinizi bildirirsiniz, eyni zamanda yumor duyumunuzu göstərirsiniz.

Salam, biz anket sorğu hazırlayırıq. Sualımız isə belədir: yeni münasibətə başladığınız insandan hansı cümlələri eşitmək istəyərdiniz?
Qarşınızdakı insan sualınıza cavab verdikdən sonra isə ona qarşı sevdiyi həmin cümlələrdən istifadə etməyə başlayın. Daha sonra isə əsas məqsədinizi bildirin. Bununla qarşınızdakı xanımın diqqətini çəkəcək, özünüzü ona maraqlı insan kimi tanıtmış olacaqsınız.

Çox gözəlsiniz, xanım. Mərcə girərəm ki, mənə yox deyəcəksiniz.
Qadınlar özlərindən razı kişiləri sevmirlər. Söhbətə belə başlamağınız onu sizin səmimiyyətinizə inandıracaq, rahat davranışlarınız onda sizə qarşı xoş təəsürat yaradacaq.
İlk cəhddə ola bilsin ki, xanım sizə sərt cavab versin, amma belə olan halda siz onu da başa düşməli, tanımadığı birinə qarşı bu münasibətini anlamalısınız. İlk dəfədən ünsiyyətiniz alınmadığı zaman xanıma sərt cavab qaytarmağınız heç bir halda qəbuledilməzdir.

Buradakı ən gözəl qadın olmaq necə hissdir?
Psixoloqların sözlərinə əsasən qadın olan istənilən mühitdə rəqabət var. Xanımlar qarşılarındakı həmcinslərinin kim olmasından asılı olayaraq onu mütləq şəkildə özlərinə az və ya çox dərəcədə rəqib görürlər. Geyim, makiyaj, ən gözəl olmaq istəyi xanımlar arasında rəqabət yaradan əsas səbəblərdəndir. Buna görə də, siz bəyəndiyiniz xanımı onun olduğu məkanın kraliçası olduğuna inandırmalısınız. Belə olan halda ona həm nə qədər incə, centlmen olduğunuzu hiss etdirirsiniz, həm də onun fikrincə gözəllikdən anlayan kişi statusu qazanırsınız.

Gözəl olmaqdan əlavə hansı işlər görürsünüz?
Bu da ən az yuxarıdakı qədər effektiv cümlələrdən hesab edilir. Xanımlar daim dəyərli, gözəl olduqlarını hiss etmək, eşitmək istəyirlər. Ola bilsin ki, sizin daim necə yaraşıqlı, xoşxasiyyət olduğunuzu deyən dosta, sevgiliyə ehtiyacınız yoxdur, amma xanımların ətraflarında belə insanlara ehtiyacı var. Belə bir cümləni qarşı tərəfdən eşitmək isə onlar üçün xüsusilə önəmlidir.

Əziz kişilər, unutmayın! Bir xanımla ilk münasibətə başladığınız zaman ona qarşı atacağınız hər addım, hər jest gələcək uzunömrlü münasibətinizin əsasını qoyacaq. Axı, münasibəti idarə etmək, gələcəyini müəyyənləydirmək daha çox bizim əlimizdədir!?
(səs: 21)
Şərhlər: 7
Baxılıb: 90 026
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri