Sevməyi bacaran kişilər...

Müəllif: Nazlı_qız
Şərhlər: 10
Baxılıb: 1285
Paylaş:
Səs ver:
(səs: 4)
Kişilər situasiyaya ümumi baxır, qadınlar isə diqqəti daha çox xırdalıqlara yönəldirlər.
Məsələn , gəlin baxaq görək, kişi və qadın kitab alarkən nəyə fikir verir? Bu zaman kişilərin əksəriyyəti kitabın mündəricatına baxır. Qadınlar isə adətən kitabı səhifələyib içindən bəzi cümlələri oxuyurlar. Oxuduqları 3-5 cümlə əsasında kitabı alıb-almamaq barədə qərar verirlər. Qadınlar əsasən intuisiyalarına arxayındırlar və bu hiss çox hallarda onları yanıltmır. Əgər bir xanım həyat yoldaşı haqqında "mən onun həyatında başqa bir qadının olduğunu hiss edirəm” deyirsə, 90 faiz haqlı çıxır, hərçənd onun düzgün nəticəyə gəldiyini sübut edən heç bir fakt yoxdur. Amma zərif cinsin xırdalıqlara bu qədər əhəmiyyət verməsi, bəzən əsas hadisələrin diqqətdən kənar qalmasına səbəb olur.

Məsələn:
Qadın: Əzizim, bu gün harda idin?
Kişi: Britaniya kraliçasının yanında.
Qadın: Həyətdə nə gördün?
Kişi: Xalçanın üstündə siçan gördüm.

Müşahidə qabiliyyəti qadinlar üçün gündəlik situasiyalarda xarakterikdir. Stress və əsəb vəziyyətində isə onlar "başlarını itirirlər” və müşahidə qabiliyyəti aşağı düşür. Lakin onların başqa bir üstünlüyü var. Qadınlar insanları mimika , jest və baxışlardan daha tez anlayırlar. Onların intuisiyasının gizli məqamı da budur. Ona görə də kişilər qadınları çox vaxt aldada bilmirlər. Hərçənd xanımlar kişiləri çox asanlıqla aldadırlar. Qadını aldatdığını zənn edən güclü cinsin nümayəndələrini məyus etmək məcburiyyətindəyik, çünki qadınlar öz şübhələri barədə danışmırlarsa bu, o demək deyil ki, onlar nədənsə bixəbərdirlər. Psixoloqlar deyir ki, kişilərdə xolerik temperamentin əlamətləri mövcuddur. Onlar aydın iradə nümayiş etdirir, özünəinam hissi var, enerjilidirlər və bir az da səbirsizdirlər. Kişilər daha çox aqressivlik və inadkarlıqla xarakterizə olunur. Ona görə də xolerik temperamenti kişi temperamenti kimi qəbul etmək olar.

Qadın təbiətinə isə sanqvinik və melanxolik temperament xasdır. Onlar daha hərəkətlidirlər , hisslərini açıq şəkildə biruzə verirlər və əhvalları tez-tez dəyişir. Qadınlar bir qayda olaraq özlərini bədbəxt hiss etdikdə aqressiv olurlar. Kişilərin qətiyyəti və riskə meylliyi qadınların ehtiyatını tamamlayır. Kişilər məişət xırdalıqlarına qarşı diqqətli olmasalar da qadınların yüksək estetik tələbatları var.

Kişilər başqası üzərində güc nümayişindən və intellektli görünməkdən zövq alırlar. Qadınlar isə daha çox insanpərvər olurlar, xüsusilə insanın daxili aləminə önəm verirlər. Qadınlar kişilərdən daha çox emosionaldırlar. Güclü cinsin nümayəndələri hisslərini cilovlamağı bacarır. Qadınlardan bunu tələb etmək isə ağılsızlıqdır. Qadınlarda əhval-ruhiyyə dəyişkəndir. "Hər bir qadın mələkdir” deyirlər , amma əsəbi qadın "ifritə”yə də çevrilə bilər. Qadınlar cəza tətbiqinə sərt, iş yerində və evdə münaqişələrə isə həssas reaksiya göstərirlər. Onların hadisələrə özünəməxsus yanaşması var. Bütün bunlarla yanaşı qadınların təxəyyülü və fantaziyaları daha çox inkişaf edib ki, bu da reklam işində onlara sərf edir.

Zərif cinsin nümayəndələrində üz ifadələri tez-tez dəyişir, hətta qarşı tərəf bunu müəyyənləşdirməyə belə imkan tapa bilmir. Kişilərdə isə yalnız iki üz ifadəsini görmək mümkündür: iyrənmək və laqeydlik.Qadınların əsəb sistemi də sabit deyil. Buna görə də onların emosional vəziyyəti dəyişkəndir.

Bir az da sevgiyə münasibətdən danışaq.

Hər iki cins özlərini bəyənir. Qadın ona görə özünü bəyənir ki, artıq onu sevən var. Kişi isə ona görə özünü bəyənir ki, seks zamanı qarşı tərəfdən zövq alır. Gecəni kişi ilə keçirməzdən əvvəl qadın özünün sevilib-sevilmədiyini müəyyənləşdirir. Kişi isə qadınla keçirdiyi gecədən sonra onu sevib-sevmədiyinə qərar verir. Çünki qadınlar üçün məqsəd məhəbbətdir, seks isə vasitə. Kişilərdə isə əksinədir. Qadınlar çox şey istəyir, amma bir kişidən istəyir. Kişilər isə bir şey istəyir , amma çox qadından. Zərif cinsin nümayəndələri sevdiklərini dilə gətirməsələr də asanlıqla aşiq olurlar. Kişi isə aşiq olmaqdansa, "səni sevirəm” deməyi asanlıqla bacarır. Kişilər hörmət nümayiş etdirən qadınları sevir, qadınlar isə sevməyi bacaran kişiləri.

loading...
(səs: 4)
Şərhlər: 10
Baxılıb: 1285
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
yarpaq33
Eslinde kiwiler hec sevirem sozunu demeyi xowlamir deyirlerki kiwi ureyinde sevir .sevmeseydim evlenmezdim deyir amma sevgisinide etiraf etmir
3 may 2015 14:59
10
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Offline
gunesli1
Cox dogru sozlerdi
26 aprel 2015 21:27
9
Offline
vipbetul
qadini kesf etmek mumkunsuzdu,qadinlarda instinkt cox gucludu

qadini kesf etmek mumkunsuzdu,qadinlarda instinkt cox gucludu
23 aprel 2015 16:00
8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Zeynep_Fatih
Hmmm...
23 aprel 2015 11:56
7
Offline
Nur k-off
Tepelerine daş kişler bir şey isteyir amma çox qadindan vayyyy namussuzlar 22
23 aprel 2015 11:10
6
SVETA
Offline
Nezka
Kişi bir dəfə sevər əbədi sevər
23 aprel 2015 11:10
5
İçimi görsən mənə aptek alarsan.
Offline
aliceWOnDer
kisinin heyatinda 1 qadin olur digerleri hevessdi
23 aprel 2015 10:36
4
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Offline
BARBI
Kisiler qabagina gelen xanima seni sevirem deyirler. Ama qelbinde yalniz bir xanim olur.
23 aprel 2015 09:48
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Anuka
Cox xowuma geldi cun ki,yazilanlar dogrudur.Cun ki,dogurdan vallah ozumde olanlarin hamsi burda yazilib.Hissiyat dogurdan qadinlarda cox gucludu.Cox maragli cumledi qadinlar cox wey ister,amma bir kiwiden isteyir.Kiwiler bir sey isteyir,amma cox qadinan tam duzdu))))amma indi ele qadinlar var ki,ele bir weyi kiwiler kimi cox kiwilerden istyir cox heyif)))Twk
23 aprel 2015 09:44
2
Ey insan, həddini bil. Unutma ki, bir hədd yoxdursa heç bir hədd yoxdur.
Offline
Fialka
Maraqlı müqayisələrdi, bir tək kitab almaq məsələsi yanlışdı çünki qadın olaraq cümlələrə yox mündəricata baxıram. Birdəki sevməyi bacaran kişi qadınlara nisbətən azdı bununda bir sıra səbəbləri qeyd olunub.
23 aprel 2015 08:20
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook