Kişilər seksdən başqa nə düşünür?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 647
Səs ver:
(səs: 3)
Kişilərin sadəcə seksi düşündüyünü hesab edirsizsə, yanılırsız

Sevgilisi/həyat yoldaşı. Əlbəttə, bir kişi sevdiyi xanımı düşünərkən seks haqqında düşünməsi normaldır. Ancaq onlar tam seksi deyil, xanımı ilə keçirdiyi gözəl günlər, son mübahisələri, xoş anı, gələcəkləri ilə bağlı da düşünür. Əgər bir kişinin fikri dağılıbsa, öz-özünə gülürsə, dodaqları danışırmış kimi hərəkət edirsə, deməli, sevdiyi xanım haqqında nələrisə düşünür.

Sevgilisi yoxdursa, necə tapa biləcəyini. Əgər kişinin sevgilisi yoxdursa, necə sevgili tapmaq üçün çox düşünər. Çünki bu məsələ də birbaşa sekslə bağlıdır. Sevgilisi olsa nələr edə biləcəklərini, romantik görüşləri düşünər.

Ay sonu. Ay sonunda kimdənsə borc almağı, pul xərcləmək, dostlarla yeməyə, ya gəzintiyə çıxmaq və başqa məsələləri düşünüb ay sonu gəlməmiş qərar verərlər.

Sevdiyi filmdən bir səhnə. Axşam baxdığı, ya nə vaxtsa baxıb çox xoşladığı bir filmdən replikalar, səhnələr xatırlayar. Özünü baş qəhrəmanın yerinə qoyar, gülməli hissələrə gülər, sosial şəbəkədə paylaşar
 
O axşam nə edəcəyini. Hər kişi həmin gün axşam nə edə biləcəyini düşünər. Evə gedənə kimi ağlında min plan qursalar da, ancaq sonda heç birini etmədən birbaşa evə gedərlər.

Adriana Lima, Cennifer Lopez, Miranda Kerr. Bunlara Mila Kunis, Natali Portman, Keyt Apson, Skarlet Cohansson və başqa məşhur xanımları da əlavə etmək olar. Əlbəttə, bu qadınları düşünməyin bir ucu da seksə doğru aparır.

"Artıq... etməliyəm”.  Bir kişi qətiyyən etməyəcəyi, edə bilməyəcəyi şeylərə görə baş  yormağı sevər. "Artıq etməliyəm!” deyərək bu məsələni düşünər. "Artıq kitab oxumalıyam”, "artıq idmana başlamalıyam”, "artıq bu kitabı bitirməliyəm”, "artıq ailəmlə vaxt keçirməliyəm” və s.

Sosial şəbəkə. Əgər gün ərzində sosial şəbəkəyə girə bilirsə, bütün ağlındakıları ora töküb rahatlaya bilir. Əgər iş yerində mümkün deyilsə, bir yerə yazmaq, ya da elə hey bu haqda düşünməklə beyni yormaq onların adətidir.

İş. İş üçün kişi beynində 10 % sahə qalır. Yəni kişi beyninin 98 faizini seksə ayırdığı üçün geridə qalan sadəcə 2% işə həsr olunur.
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 3 647
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri