Kişiləri necə anlayaq?

Müəllif: emis
Şərhlər: 7
Baxılıb: 2 555
Səs ver:
(səs: 2)
Biz onlarla birgə, yan-yana yaşayırıq. Vacib deyil onları sevirik ya yox, hörmət edirik, ya yox - bütün hallarda, yanlarında olduğumuz müddətdə onların psixologiyasını anlamağa çalışırıq. Lakin bu, çox çətindir. Biz axı çox fərqliyik.
İlk uşaqlıq illərindən oğlanları və qızları onların gələcək sosial rollarına görə tərbiyə edirlər. Qızların oyunları əsasən ünsiyyət xarakterli olur. Məsələn, ev sahibəsi, müəllimə, həkim və s. kimi oyunlar. Oğlanlarla isə vəziyyət tamam başqa cürdür .Onların oyununda əsas hərəkətdir. Rəqabət daha güclüdür. Onlar daha çox "nə demək"  barədə yox, "nə etmək" barədə düşünürlər. Onlarhəmişə daha üstün olduqlarını sübut etməyə çalışırlar. Bundan əlavə, bizim patriarxal cəmiyyətimiz onlara artıq uşaqlıqdan üstün olmağı öyrədir.

Kişi psixologiyasının quruluşu
Kişilər - güclü cinsin nümayəndələridir və dünyanı idarə etmək əsrlərdən bəridir ki,onlara məxsusdur. Onlar tikirlər, dağıdırlar, müharibələr edirlər - hər zaman ən ağır işlər onların çiynində olur. Bundan əlavə pul, şöhrət və hökmranlıq da onlara məxsusdur. Bu, artıq əsrlərlə hamının fikrində formalaşdırdığı kişi obrazıdır. Hər şeyə nail olmuş, iradəli, ağıllı, özünə əmin kişi obrazına hər bir kişi daxil olmaq istəyir.
Kişilər böyük uşaqlardır
İndi gəlin, güclü cinsin nümayəndələrinin daxilinə nəzər salaq. Hətta ən uğurlu və güclü bir kişinin də qəlbində balaca bir uşaq gizlənir.  Hərdən bu "balaca uşaq" şıltaqlıq  və şuluqluq etmək istəyir. Hətta aləmi bir-birinə qatıb "ağlaya" da bilərlər ki, onları "oynamağa" qoysunlar. Müdrik qadın kişilərin psixologiyasında bunları nəzərə almalıdır və qərar çıxarmaqda bu avtoritetə təsir etməməlidir. Müdrik qadın bu şıltaq övladının başına sığal çəkib onu sakitləşdirən mehriban anaya bənzəyir.
Biz niyə kişi psixologiyasını anlaya bilmirik?

Onlar uğura nail olmaq fikrində olarkən hərəkətlərində qəribəliklər ola bilər. Məsələn: otaq alt-üst olanda qadın hər bir xırda detala fikir verib, artıq nəyin yerində olmadığını anlayır. Kişi üçün isə bu, sadəcə, səliqəsizlikdir. Onlar o qədər də xırdalığa getmirlər. Əgər evin hər yerində sizin qarşınıza sevimlinizin  corabları çıxırsa, dava-dalaş etməyə  ehtiyac yoxdur. Çünki onlar böyük fikirlərlə məşğuldurlar və belə önəmsiz şeylərə sadəcə əhəmiyyət vermirlər. Biz isə "böyük fikirlərlə" məşğul insanı xırda bir corabla məşğul edirk. Onlar üçün bu, çox ədalətsiz davranışdır.
Etiraf etmək lazımdır ki, hisslərini cilovlamaqda onlar bizdən daha güclüdürlər. Öz zəifliklərini, uğursuzluğunu və incikliyini gizlədə bilmək onlara xasdır. Bunları gizlətmək o demək deyil ki, onlar öz qadınlarına inanmırlar. Sadəcə, ağlamaq və şikayət etməyi qürurlarına sığışdırmırlar. Onlara elə gəlir ki, bu zaman onlar qadına oxşayırlar.
İndi isə ən başlıcası - kişilərlə düzgün münasibət qurmaq üçün nə etməli?

Bunun üçün kişi psixologiyasının ən dərin və gizli yerlərini öyrənmək lazım deyil. Cavab çox asandır - onlara dəstək olmaq lazımdır.
Əgər onlar hər hansı  bir işdə, biznesdə, yataqda və s.uğursuzluqla qarşılaşsalar, özlərini itirirlər.Hər şeydən əllərini üzüb mübarizə aparmaqdan imtina edə bilərlər. Bu zaman onlara sadəcə mənəvi cəhətdən dəstək olmaq lazımdır. Əziz qadınlarımız, onlarla söhbət etməkdən çəkinməyin. Sizin sevimlinizin sizin dilinizdən eşitdiyi: "Sən  güclü və ağıllısan, buna görə də səndə alınacaq" sözlərinə həmişə ehtiyacı var. Hətta onların yenidən "dünyaya gəlib" xariqələr yaratması üçün bu sözlər kifayət edər.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 2 555
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri