Kişilər üçün sadə məsləhətlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 1 971
Səs ver:
(səs: 2)
1. Əyləncə üçün pula heyfiniz gəlməsin.

2. Xoşuna gəldisə, deyin.

3. Bu günlə yaşayın! Çünki artıq dünən yoxdur. Sabahın olub-olmayacağını kimsə bilmir.

4. Aydın deyilsə, soruşun.

5. Görüşmək istəyirsinizsə, dəvət edin.

6. Nəsə lazımdırsa, istəyin.

7. Heç zaman mübahisə etməyin.

8. Hər kəs tərəfindən anlayışla qarşılanmaq istəyirsinizsə, fikrinizi düzgün ifadə edin.

9. Əgər günahkarsınızsa, günahınızı boynunuza alın. Özünüzə bəraət qazandırmağa çalışmayın.

10. Unutmayın ki, hər kəsin özünə görə doğruları var. Hər kəsin doğruları sizin həqiqətlərlə üst-üstə düşməyə bilər.

11. Axmaqlarla ünsiyyət qurmayın.

12. Dünyada ən əsas şey sevgidir. Qalan hər şey boşdur.

13. Bütün problemlər insanın beynində cəmlənir.

14. Dünya nə pisdir, nə də yaxşı. Onun üçün sizin  var olmağınızın və ya olmamağınızın bir fərqi yoxdur.

15. Çalışın ki, düşdüyünüz hər vəziyyətdən zövq alasınız.

16. Hər zaman yadınızda saxlayın və bilin ki, ikinci həyatınız olmayacaq.

17. Cansıxıcı olmayın.

18. Unutmayın ki, heç kimə heç nə borclu deyilsiniz.

19. Və unutmayın ki, heç kim də sizə heç borclu deyil.

20. Siyasətdən uzaq yaşa.  

21. Həyatda yalnız özünüzə arxalanın, özünüzə güvənin.

22. Verilən vədlərə deyil, hisslərinizə inanın.

23. Qadınlara qarşı qayğıkeş və səbrli olun. Onlar uşaq kimidirlər.

24. Qadınlara dayaq olun.

25. Əhvalınız heç də yaxşı deyilsə, bilin ki, ölümdən sonra heç o da olmayacaq.

26. Bilin ki, bu günkü gün həyatınızdakı ən gözəl gündür.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 1 971
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri