Kişilər hansı makiyaji sevir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 4 477
Səs ver:
(səs: 0)
Bütün qadınlar kişilərə cazibədar gələn və gözlərinə gözəl görünən makiyajdan istifadə etmək istəyirlər. Bunun üçün çox vaxt itirməyə ehtiyac yoxdur.
 
Qaraldıcı losyonları kişilər sevmir!
Çimərlikdə günəş vannası qəbul edərkən qaralma əleyhinə losyondan istifadə etməyiniz kişilər üçün dünya kuboku matçının toy gününə təsadüf etməsi qədər pisdir. Bədən dili və davranış mütəxəssisləri bu vəziyyəti belə açıqlayır: kişilər üçün sağlam görünüşlü bürünc bədən partnyorun yaxşı genlərə sahib olduğu mənasını verir. Təbii olmayan, sonradan qaraldan losyonlarla rəngləndirilən bədən isə tam tərsini ifadə edir. Ağ bədənə çəkilən çəhrayı ənlik şıq görünsə də, narıncı maska bu imicə kölgə salır.
 
 Kişilər diqqətə çarpan və göz qələmi çəkilmiş makiyajı cazibədar hesab edir. Yorğun və cansız baxışları tək bir makiyaj vasitəsilə gözəlləşdirə bilərsiniz. Necə? Maye halda olan eyelineri gözün ucundan çəkməyə başlayın. Orta hissəyə çatdıqda xətti qalınlaşdırın. Sona çatdıqda yuxarı doğru qıvrılan quyruq yaradın. Eyeliner quruyana qədər gözlərinizi bağlı saxlayın. Beləcə, dağılmasınının qarşısını alacaqsınız.

Təbii makiyaj hər zaman yaxşıdır
Kişilərin yüngül və təbii görünüşlü makiyajdan uzaq olduğunu araşdırmalar ortaya çıxarıb. Kişilər bu görünüşü xoşladıqları qadınlarda görmək istəyirlər.

Tünd makiyaj başdan çıxarır
Qadınların etdiyi tünd makiyaj kişilərə təsir edən bir makiyajdır. Hər zaman xoşlarına gəlmədiyi kimi, istədikləri anda edilən tünd makiyaj onların ağlını başından alır.

Yarımçıq makiyaj onlara görə deyil
Hamımız yarımçıq makiyaj etmişik - yalnız dodaq boyası çəkmək, yalnız kirpiklərə tuş vurmaq kimi... Ancaq diqqətçəkən bu makiyaj kişilərin çox xoşuna gəlmir. Tələsik edilmiş bu makiyajı biz də sizə təklif etmirik.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 4 477
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri