Kişilər üçün təbii maskalar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 839
Səs ver:
(səs: 0)
Maska çox sulu olsa, ona təxminən bir qaşıq da yulaf əzməsi tökün. Hazırladığınız bu maskanı üzünüzə çəkin, 10 15 dəqiqə kimi saxladıqdan sonra ovalayaraq üzünüzdən çıxarın. Sonda isə üzünüzü yuyub, qurulayın.

Quru dəri üçün maska Əgər dəriniz qurudursa, bu zaman sizə zeytun yağı, e vitamini və bal ilə üz maskası hazırlamağı təklif edirik. Bal dərini təmizləyir. Zeytun yağı sürətli formada dəri laylarına nüfuz edərək onu nəmləndirir. E vitamini isə dərinin elastikliyini artırır. Maska üçün bir yemək qaşığı zeytun yağı və balı qarışdırıb onun üzərinə bir kapsula e vitamini əlavə edin. Bu maskanı dəriyə sürtməzdən əvvəl onu qızdırsanız, dərinizə daha sürətli formada təsir göstərər. Buna görə də daha yaxşı olar ki, maskanı dərinizə tətbiq etməzdən əvvəl onu qızdırasınız. Maskanı üzünüzə çəkdikdən sonra 10-15 dəqiqə kimi gözləyin. Bu müddətdən sonra üzünüzü ilıq su ilə yuyub qurulayın.

Normal dəri üçün maska Bir yemək qaşığı yulaf əzməsini qabın içinə tökün. Üzərinə 1 yemək qaşığı su əlavə edin. Digər qabda 1 yumurta ağı və 1 çay qaşığı zeytun yağını qarışdırın. Daha sonra onların hamısını eyni qaba töküb yaxşıca qarışdırın. Əldə etdiyiniz maskanı üzünüzə tətbiq edin, 10 15 dəqiqə kimi gözlədikdən sonra üzünüzü yuya bilərsiniz.

Bu qədər, əziz kişilər. Gördüyünüz kimi bu maskaların hazırlanması o qədər də uzun vaxt tələb etmir. Unutmayın ki, qarşı tərəfin gözündə cazibədar görünmək üçün onlar qədər olmasa da, siz də xarici görünüşünüzə diqqət etməlisiniz.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 3 839
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri