Kişinin güclü olması üçün pul gərəkdirmi?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 581
Səs ver:
(səs: 2)
Kişilərin çoxu pulu güc kimi qəbul edir. Bir kişi nə qədər yaraşıqlı və xarizmatik olsa da, pulu olmadığı müddətdə özünə güvəni çox az olur.
Bunun səbəbi isə bütün yükün onların üzərinə atılmasıdır. Çünki kişilər çox zaman "Kişi adam həyat yoldaşını işləməyə qoymamalı və ailəsini heç nəyə möhtac etməməlidir” kimi ifadələrlə böyüyürlər. Lakin təəssüf ki, hazırda pullu kişilər də pulunu başqa qadınlara xərcləməkdə heç çəkinmir və başqa qadın saxlayırlar.

Kişilərin pulu artdıqca özünü daha güclü hiss edir və hər şeyi pulla almağın mümkün olduğunu zənn edir. Bu isə kişilərə güvən və özünə inam bəxş edir. Bu güvənin sayəsində isə kişilər özünə baxır, bahalı geyimlər və ətirlərdən istifadə edir.

Bu gücləri artdıqca, özlərini aid olduqları evdən, hətta ailələridən daha üstün hesab edir.
İllərdir ki, maddi sıxıntılara dözən və ömrünü yoldaşının uğrunda sərf edən qadınların ərləri pullanan kimi başqa qadınların arxasınca qaçmağa başlayır. Bu azmış kimi, həyat yoldaşları onları özlərini inkişaf etdirməməkdə və baxımlı olmamaqda günahlandırır.

Buna görə də heç bir qadın ömrünü bir kişi üçün xərcləmək məcburiyyətində deyil. unutmaq lazım deyil ki, insan çiy süd əmib və bütün insanların qanında nankorluq var…

Uşaqlarına fədakarlıq edən və bütün həyatını verən qadınların övladları bir gün valideynlərinə üz çevirir…

Həyat yoldaşına fədakarlıq edən qadınların həyat yoldaşları isə bir gün onları bəyənmir…
Buna görə də hər bir qadın ilk növbədə özünə baxmalı və özünü hamıdan yüksək tutmalı, heç kimə özündən daha çox qiymət verməməlidir. Savadınızı, intellektinizi artırmaqla yanaşı, gözəllyinizə də fikir verin.

Həmçinin qüsur və komplekslərinizə görə qətiyyən utanmayın. Özünüzlə barışmağı öyrənin. Ən əsası, haqqınızı heç kimin tapdamasına icazə verməyin. Bu halda onsuzda hər kəsin sizə olan diqqəti və hörməti artacaq.

Həyatın nələr gətirəcəyi bəlli deyil… Buna görə də özünüzə inamlı olun ki, əriniz bir gün xəyanət edərsə, aynada zavallı bir qadın deyil, gözəl və güclü bir qadın görə biləsiniz. Zəif qadın yoxdur, bütün qadınlar güclü olur…

Kişilər ancaq pulu olduğu zaman özünü güclü hesab edir, qadınlara isə özünü güclü hiss etmək üçün daxili aləmi bəs edir.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 3 581
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri