Ətirdən istifadə edən kişiləri gözləyən təhlükə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 610
Səs ver:
(səs: 1)
Ətir və antipersparantların sperma sayını azaltdığı üzə çıxıb.

Alimlərin araşdırmaları göstərib ki, davamlı olaraq bu tip məhsullardan istifadə edən kişilərdə sonsuzluq problemi yarana bilər.

Ətirlərin və antipersparantların tərkibində onlarla kimyəvi maddələrin olduğunu vurğulayan mütəxəssislər həmin maddələrin həm dəri, həm də tənəffüs yolları vasitəsilə orqanizmə keçdiyini bildirirlər.

Həmin kimyəvi maddələr kişilərdə testosteron hormonunun bədəndə funksiyasını yerinə yetirməsinə mane olur.

Bu da spermanın keyfiyyətinin azalmasına və nəticədə sonsuzluğa gətirib çıxarır.

Tədqiqatçılar bildirirlər ki, ətirlər və tərə qarşı vasitələr həm də xərçəng xəstəliyinə səbəb ola bilir. Odur ki, hər iki cinsin nümayəndələri bu tip məhsullardan istifadəni azaltmalı, ən azından tərkibi təbii olan markalara müraciət etməlidirlər.

Bundan başqa, ətir və antipersparant istifadə edərkən bir neçə qaydaya əməl etmək riski azalda bilər.

Antipersparant dəriyə çox yaxından sıxılmamalıdır. Ən az 15 santimetr məsafə olmalıdır.

Ətirləri isə geyimə vurmaq lazımdır. Düzdür, dəriyə vurulan ətir daha qalıcı olur, ancaq kimyəvi maddələrdən qorunmaq üçün bu vərdişi tərgitmək vacibdir.

Əgər gün ərzində antipersparantdan  2 dəfədən çox istifadə etmisinizsə, günün sonunda mütləq çimməlisiniz. Əks halda kimyəvi maddələrə həddən artıq çox məruz qalacaqsınız.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 610
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri