Kişilərin xoşbəxtlik yaşı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 922
Səs ver:
(səs: 0)
İngiltərədə aparılan bir araşdırmaya görə kişilər 37 yaşdan sonra özlərini daha xoşbəxt hiss edirlər. Bu yaşdan sonra həm iş həyatında, həm də ailə həyatında müəyyən uğurlar qazanan kişilər həyatlarının bundan sonrakı dövründə qarşılarındakı hədəfləri daha da artırır və məqsədə çatmaq üçün çalışırlar. Ümumilikdə isə onlar bu yaşda arzuladıqlarının demək olar ki, yarısına nail olurlar.
Araşdırmada iştirak edən kişilərin böyük bir qismi isə bildirib ki, onlar üçün övladlarının dünyaya gəldiyi günü ömrlərinin ən xoşbəxt anı kimi yaddaşlarınnda qalıb. Kişi geyim mağazalarından birinin bu yöndə apardığı digər bir araşdırma nəticəsində isə belə məlum olub ki, kişilərin 35%-I üçün həyatlarının ən xoşbəxt dövrü ailə həyatı qurduqları gündür. Bu araşdırma nəticəsində meydana çıxan digər bir maraqlı nəticəyə görə isə kişilərin 18%-i üçün azarkeşi olduqları komandanın qələbə qazandığı gün ən yaddaqalan, xoşbəxt gündür. Təxrübədə iştirak edən kişilərin digər bir qismi isə yeni ev, avtomobil aldıqları, universitetə qəbul olunduqları günün həyatlarının ən xoşbəxt günü kimi yaddaşlarında qaldığını bildiriblər.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 3 922
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri