Tanış olun: Kişi!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 382
Səs ver:
(səs: 0)
Oxuyacağınız məqalə antropologiyanın bu çətin sahəsində yeni başlayanlar üçün nəzərdə tutulmuş daha bir vəsait ola bilər. Bəlkə bu sizə bəzi kişi davranış reaksiyalarına qeyri-stabillik və qeyri-adekvat şəraitində adaptasiya olmağa yardım edər. Bu yumoristik qeydlər, ciddi sosial araşdırmalara iddialı deyillər. Bunlar sadəcə "soyuq və qəmli ürəklərin" müşahidələrinin nəticəsidir. Bu səbəbdən çox xahiş edirəm, aşağıda oxuyacaqlarınıza münasibətinizdə yumor payı da olsun. Bunlar sadəcə bir qisim qadınların fikridir və ola bilər ki, hardasa yanlışdır...
P.S. Yumor hissi olmayanlara oxumağı heç məsləhət bilmirəm, xüsusilə də tez inciyən kişilərə.

Zahirən telefon söhbətindəkindən və virtual yazışmalarındakından daha qısaboylu, daha dolu və daha az simpatik təsir bağışlayır;
Bəzən əzilmiş və üzü təraşsız olur, əlbəttə, bu onun yaradıcı təbiətinin, amma çox vaxt dostlarıyla olan dünənki görüşünün dəlilidir;
O, nə vaxtsa sınamış olduğu eyni şalvarı bəyənir və digər geyim seçimində olduqca konservativdir. Bəzi nümayəndələri eyni geyimi 25 il geyinə bilərlər, ta ki əyinlərində dağılana kimi;
"Zəngin" sözünə tamamilə qeyri-adekvat reaksiya verir, "başqasına ehtiyacı olmayan, özünü təmin edən" ifadəsini özü üçün daha məqbul sayır;
Öz ünvanına səslənən tənqidə qətiyyən dözümü yoxdur;
Nəvazişli müraciəti pis qəbul edir, xüsusilə izdihamlı yerlərdə. Əgər siz onu işçilərinin qarşısında "məstanım" adlandıraraq kürəyini tumarlasaz, onu qəzəbləndirə bilərsiz;
Birdən çox informasiya bloku qəbul edə və ikidən artıq bir-biri ilə uyğunsuz fəaliyyətlə məşğul ola bilmir;
Özünü problem yoxmuş kimi göstərərək, onu həll etmək kimi unikal qabiliyyəti var;
 Yaşlanmaqdan qorxur, belə ki, 45 yaşındaykən 25, 62 yaşındaykən isə 18-23 yaşlı qızlara üstünlük  verir. Bu baxımdan səhvən belə düşünürlər ki, onların keçəli, qadınları onlardan uzaqlaşdırır və manyakcasına bir əzmlə itirilmiş saçlarını bərpa etmək üçün əllərinə keçən məlhəmi ona çəkirlər;
Münasibətləri aydınlaşdırmaqdansa, onlardan imtina edirlər.
 
Həyatındakı iki aparıcı qadından birinə üstünlük verirlər: anaya və ya həyat yoldaşına (adətən anaya, onunla artıq öyrəncəlidirlər);
Yorğan ona heç vaxt bəs etmir və səylə onu öz üzərinə dartır;
Birdən-birə 1-2 aylıq yox olmaq və heç bir şey olmamış kimi yenidən görünmək tendensiyasına malikdir;
Bir sıra metodlardan istifadə edərək uğurlar əldə edibsə, manyakcasına yoxlanılmış stereotipə riayət etməyə üstünlük verir - əlavə güc sərf etməmək üçün. Bu, hər şeyə aiddir: qab yumağa, mismar vurmağa, yaxınlıq münasibətlərinə, kinoteatr və restoran seçiminə, həyat tərzinə və s.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 382
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri