Kişilərin qadınlardan eşitmək istəmədikləri...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 024
Səs ver:
(səs: 0)
Hər kəsin bildiyi kimi, ikili əlaqələrdə bəzən cütlər bir-birlərinin xoşuna gəlməyən bəzi mövzuları danışmaq məcburiyyətində qala bilirlər. Qadınlar bu mövzuların öhdəsindən asanlıqla gəlsə, də bəzən bu söhbətlər kişilər üçün kabusa çevrilib bir anda sizdən soyumasına səbəb ola bilər. Əgər yoldaşınızla və ya sevgilinizlə problemsiz bir münasibət yaşamaq istəyirsinizsə, aşağıda sıraladığımız sual və mövzularla əlaqədar aranızdakı problemləri yumşalda bilərsiniz.

Səhv sual 1: "Əlaqəmizdə səhv gedən nədir?"
Siz bu sualı nə qədər tez-tez və dərindən soruşsanız yoldaşınız və ya sevgiliniz bu sual qarşısında aciz qala bilər. Çünki kişilər duyğularını ifadə edərkən qadınlar qədər rahat ola bilməzlər. Əgər sualınızla israr etsəniz, əmin olun - onun gözündə çəkilməz qadın olarsınız.

Səhv sual 2: "Niyə mənim həyatımla maraqlanmırsan?
Rəfiqələrinizlə etdiyiniz dedi-qoduları sevgilinizlə müzakirə etsəniz, qarşılığı yalnız başyelləmə olacaq, çünki kişilər qızların dedi-qodularından xoşları gəlmir. Xətrinizə dəyməmək üçün hər söylədiyinizə başını yelləməyə başlayıbsa, "Niyə mənim həyatımla maraqlanmırsan?" sualı yerinə, dərhal mövzunu dəyişdirin. Çox dedi-qodu etsəniz kişi özü haqqında da danışıb və sizin niyə bu barədə danışmamağınız haqda maraqlana bilər.
 
Səhv sual 3: "Bu günə qədər neçə sevgilin oldu?"
Qadınların ən çox maraqlandığı suallardan biri sevgililərin sayıdır. Lakin heç cavabı aldıqda necə bir reaksiya verəcəyinizi düşündünüzmü? Bu kişi baxımından daha çətin bir sualdır. Çünki o zaman kişiyə çox sevgilisi olubsa eşqbaz, az sevgilisi olubsa saf damğası vura bilərsiniz. Ən yaxşısı siz keçmişi keçmişdə buraxın... (əgər mümkündürsə  )

Səhv sual 3: "Sabah nə günüdür?"
Bax bu sualla yoldaşınız və ya sevgiliniz çaxnaşmaya düşər və stresə girər. "Aman tanrım sabah doğum gününmüdür, evlilik il dönümümüzmü, birlikdə yeməyəmi gedəcəkdik?" kimi suallarla fikirləri daha da qarışar. Onu belə suallarla bezdirmək əvəzinə məsələn: "sabahkı yeməkdə nə geyinəcəksən " kimi kiçik bir sualla günün məna və əhəmiyyətini xatırlada bilərsiz.

Səhv cümlə 1: "Danışmalıyıq !"
Belə bir cümləylə qarşılaşan hər kişi qaçmağın yollarını axtarar. Təhdid edən bu cümlə ilə kişi harada səhv etdiyini bilmədən necə kompensasiya edəcəyi çaxnaşması yaşayar. Ona görə özü ilə danışmaq istədiyiniz bir mövzu varsa bunu daha yumşaq bir ifadə ilə dilə gətirə bilərsiniz

Səhv cümlə 2: "Yalnız bir oyun !"
Kişilərin ən böyük hobbilərindən biri futboldur. Ən çox futbol oyununu izləyərək rahatladıqlarını dilə gətirərkən, "necə yəni, sadəcə bir futbol oyunu məndən daha qiymətlidirmi?" kimi sualları ona yönəltsəniz, bax o an dəftərinizə bir mənfi xal yazmış olarsız. Futbol - bir çox  kişilər üçün imtina edilməzdir, ona görə futbol mövzusunda onlara hörmət göstərin... Hətta, futbolu birlikdə izləmək coşğusunu paylaşsanız sizə daha da bağlanacaq.

Səhv cümlə 3: "Heç nə yoxdur!"
Əsəbləşmisiniz və hirsli olduğunuz açıq-aydın görünürsə və o, sizdən "nə olub sənə?" deyə soruşduqda, partnyorunuza "heç nə olmayıb" cavabı verməyiniz əmin olun ki, onu hirsləndirəcək. Bu cavabı verməyiniz onun fikrində onu başınızdan edirsiniz kimi təəssüratı yarada bilər. Sizi narahat edən hər nədirsə paylaşmağınız daha yaxşı olar, çünki o əsla sizi üzən hadisənin nə olduğunu tapa bilməyəcək.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 3 024
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri