Hər kişinin öz tərzi olmalıdır

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 5 812
Səs ver:
(səs: 3)
Uzun müddət dəbdə olan klassik pencəklər idman stilli pencəklərin moda dünyasına daxil olması ilə öz hakimiyyətini itirməyə başladı. İdman stilli pencəyin klassiklərə nisbətən alıcılar tərəfindən daha çox seçilməsinin əsas səbəblərindən biri onun gündəlik geyimlərimizlə də uyğunlaşdırıla bilməsi idi. Əziz kişilər, elə bu dəfəki məqaləmizdə biz də sizə idman stilli pencəyi uyğunlaşdıra biləcəyimiz kombinlər, zövqlü görünmək üçün əməl etməli olduğumuz bəzi incə detallar haqqında məlumat vermək istəyirik. Dəb yeniliklərini izləməyi sevən bəylərimizin bu məqaləni oxuması məsləhətdir.
Moda blogger Michael Williams mətbuatda sport pencək alarkən diqqət etməli olduğumuz bəzi məqamlar haqqında geniş məqalə ilə çıxış edib. Onun fikrincə, bu pencəkləri seçərkən ən birinci onu hansı geyimlərlə uyğunlaşdıra biləcəyimiz haqqında düşünməliyik. Bu seçimdə diqqət etməli olduğumuz əsas nüanslardan biri pencəyin materialıdır. Bloggerin fikrincə, sərin havalarda yun və ya yun qarışığı olan materiallara üstünlük vermək daha məqsədəuyğundur. O düşünür ki, bu zaman seçəcəyimiz pencək nə çox qalın, nə də çox dar olmamalıdır. Pencək alarkən onun altından köynək, sviter geyinə biləcəyimizi düşünməli və ölçüsünü də buna görə müəyyənləşdirməliyik. Pencək seçərkən onun kəsiminə diqqət yetirmək də çox önəmlidir. Yalnış kəsimli və görünüş xətrinə bir neçə hissəsində kəsimləri olan pencəklərdən uzaq durmağınız məsləhətdir. Bütün paltarlarınızla uyğunlaşdırmaq istəyirsinizə, mavi, boz və tünd göy rəngli pencəklərə üstünlük verməyiniz məsləhətdir.
Unutmayın ki, zövqlü bir idman stilli pencəklə siz hər mühitdə dəbli görünə bilərsiniz.
İndi isə idman stilli pencəklə uyğunlaşdıra biləcəyimiz geyimlərə diqqət yetirək.
 
Səhər kombini
Klassik pencəklə idman stilli bir köynəyi uyğunlaşdırmağınız o qədər də xoşagələn görüntü yaratmaya bilər. Amma sport pencək, sport köynək ilə klassik ayaqqabı və şalvarı uyğunlaşdırmağınız maraqlı bir görüntü yaradacaq.
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 5 812
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri