Əzələli olmağın daha bir faydası

Müəllif: Catwoman666
Şərhlər: 3
Baxılıb: 3 247
Səs ver:
(səs: 1)
Elm adamları, əzələli gənc kişilərin uzun yaşamaq ehtimalının digər yaşıdlarına nisbətən daha çox olduğunu müəyyən etmişlər.

İsveçli elm adamları, 1 milyondan çox gənc kişinin iştirakı ilə 24 il aparılan araşdırmalarda, əzələ gücü aşağı olan, zəif ayaq və qol əzələlərinə sahib kişilərin köklük xəstəliklərinə tutulmasını, yüksək təzyiqli olduğunu və bu səbəbdən erkən ölüm risklərinin daha çox baş verdiyini müəyyən ediblər.

«British Medical Journal (BMJ)» jurnalında nümayiş olunan araşdırmaçılar bədəni inkişaf etdirmənin, idmanla məşğul olmanın insan ömrünü uzatdığını ifadə ediblər. Həmçinin əzələ gücü ortalamanın üzərində olan gənc kişilərdə hər hansı bir səbəbdən ürək və damar xəstəliklərinin olması və erkən ölüm ehtimallarının 20-35 %nisbətində baş verdiyi qeyd edilmişdir.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 247
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri