Bəstəboy kişilər daha yaxşıdır?

Müəllif: Catwoman666
Şərhlər: 7
Baxılıb: 4 344
Səs ver:
(səs: 0)
Amerikalı alimlər qadınlara tövsiyə edirlər ki, ərə getmək üçün balaca boylu kişiləri seçsinlər. Bunu deməyə əllərində əsasları da var.

Bəstəboy kişilərin ucaboylularla müqayisədə bəzi üstün cəhətləri var. Bu kişilər ailə ittifaqına daha da sadiqdirlər. Ucaboylar isə, digərlərindən daha tez ailə qururlar. Alimlərin sözlərinə görə, bəstəboy kişilər bu çatışmazlığı kompensasiya etmək üçün daha çox qazanırlar.

Ucaboy kişilər öz üstünlüklərindən istifadə edərək daha çox təminatlı qadınların diqqətini cəlb etməyə çalışırlar. Bəstəboy kişilərin isə təhsilləri adətən ucaboylardan yaxşı olur. Bu da boy fərqinin kompensasiyasıdır.

Bəstəboy kişilərin intim həyatları da aktivdir. Alimlər yaş, boy, çəki, sağlamlığa əsaslanaraq cinsi aktivliyi müqayisə edərək görüblər ki, bəstəboy kişilər qadınların daha çox diqqətini cəlb edirlər.

Digər araşdırma göstərib ki, bəstəboy (boyları təxminən 157 sm və daha az olan) kişilər digərlərindən daha çox yaşayırlar. Havay Universitetinin aliməri deyirlər ki, bəstəboy kişilərdə FOXO3 geni mövcuddur. Bu genin sayəsində bədən ölçüləri kiçilir, ancaq ömür uzanır. Bəstəboy kişilərdə xərçəng xəstəliyinə yoluxmaq ehtimalı az olur.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 4 344
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri