Kişilərlərin ürəyinə gedən 10 yol

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 753
Səs ver:
(səs: 0)
"Kişinin ürəyinə gedən yol onun mədəsindən keçir.” kəlməsi hər xanımın qulağında sırğa kimidir.İşdən gələn kişinin qulluğunda dayanan azəri xanımı da daim dadlı yeməkləriylə onun qəlbini fəth etmək istəyir. Əgər evə kişinin qonağı gəlirsə, məsuliyyət birə-beş artır. Lakin son illərdə aparılan araşdırmalar kişinin ürəyinə gedən yolun fərqli olduğunu aşkarladı. Rus mütəxəssislərinin fikrincə kişinin ürəyinə gedən yol onun mədəsindən keçmir. Bildirir ki, "Pravda” qəzetində nümayiş olunan bir xəbərə görə, eşqbaz və seks düşkünü olduqları zənn edilən kişilərin heç də elə olmadıqları faktlarla izah edilib.

Rusiyanın məşhur qəzeti Pravda, kişilər haqda deyilən 10 səhvi açıqladı. Xəbərdə "Kişilərin yalançı olduqları və yalnız seks düşündükləri doğru deyil" mesajı verildi. Onlar kişilər haqda deyilən "10 düz və 10 yanlış xüsusiyyətlər”ə aydınlıq gətirdilər.

1. Bir kişinin ürəyinə gedən yol mədəsindən keçər. Yemək onlar üçün əhəmiyyətlidir.
Müasir kişilər qadında yaxşı yemək bişirməkdən daha çox başqa şeylər axtarır. Əslində yumurtayla belə xoşbəxt ola bilirlər!

2. İlk addım həmişə kişidən gözlənilər. Kişilər hərəkətə keçməyi xoşlayır.
Əgər söhbət qarşı cinsdən gedirsə kişilər əksinə çox utancaq davranırlar.. Bir kişinin ilk addım atması, əslində onun üçün heç də asan deyil.

3. Kişilər aşiq ola bilməz, onlar üçün seks həmişə eşqdən əvvəl gəlir.
Mütəxəssislər kişilərin 90 faizinin eşqə inandığını söyləyirlər. Yalnız eşqlə birlikdə ehtiras da axtarırlar.

4. Kişilər üçün əhəmiyyətli olan qadınların xarici gözəlliyidir. Çirkinliyə mükafat verməzlər.
Kişilərin çoxu qadınların xarici gözəlliyindən təsirlənir, lakin seksapil və cazibədarlıq əsas göstərici deyil. Hər qadın diqqətli davransa istədiyi kişinin marağını çəkə bilər.

5. Kişilər açıq sözlü və səmimidir.
Bu əslində belə deyil. Kişilər bir az sirrli qalmağı və qadınların da sirrli tərəflərinin olmasına üstünlük verirlər.

6. Bir kişiylə nə qədər pis davransanız, sizə bir o qədər bağlanar.
Mütəxəssislər bunun yalnız acı çəkməkdən xoşlanan kişiləri xoşbəxt etdiyini bildirirlər. Bir kişiylə həddindən çox pis davransanız əmin olun ki, onu itirəcəksiniz.

7. Kişilər yataqda yalnız öz zövqlərini və orqazmlarını düşünür.
Bu ümumiyyətlə qadını təmin edə bilməyən kişilər üçün söz mövzusudur. Hər bir normal kişi qadınını razı salmaq istəyir. Həmçinin burada başqa psixoloji məqam da var. Hər bir kişi qadın üçün yeganə və əvəzedilməz olmaq arzusundadır.

8. Güclü kişilər yaşadıqları mənfiliklərdən şikayət etməz və ağlamazlar.
Mütəxəssislər bu düşüncənin tamamilə səhv olduğunu bildirirlər. Psixoloqlar kişilərin ağlaya biləcəyini və problemlərlə qarşılaşacağı halda şikayət etdiyini normal hesab edirlər.

9. Gerçək bir kişi nə istədiyini yaxşı bilir!
Kişi robot deyil; onun da hissləri və qayğıları ola bilər. Yalnız kişi olduğu üçün səhv etməməsini gözləmək heç də düzgün deyil. Hər insan kimi o da səhv edə bilər.

10.Bütün kişilər ürəksizdir...
Kişilər əslində qadınlara nisbətən daha çox romantikdir (təbii ki, hamısı yox). Lakin cəmiyyət içində duyğularını nümayiş etdirməyi xoşlamırlar. Romantik olsalar belə, səhv başa düşüləcəklərindən ehtiyat edirlər.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 753
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri