Kişilərin gözüylə "evlilik"

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 403
Səs ver:
(səs: 1)
Kişilər üçün evlilik  "birini daha itirdik" gözüylə baxılan hadisə, bağlılıq andı, qandallar, davamlı birlikdə keçiriləcək günlər, azadlığın məhdudlaşdırılması və s.

Qadınlara qaldıqda  "həyatlarını asanlaşdırdıqları seçki"dir, yoxsa bizmi belə zənn edirik?

Evlilik, kişinin təklif etməsiylə başlanan bir müddət olduğu üçün, evlilik müddətinin, davamlılığın, xoşbəxtliyin, bədbəxtliyin, uşaq sahibi olma qərarının, qısacası evliliyə dair hər şeyin kişi tərəfindən idarə olunduğunu zənn edirik. Çox vaxt öz aralarındakı zarafatlardan, ictimaiyyət içində  söhbətlərindən   bədbəxt tərəfin kişilər olduğunu, bir əsarət altında olduqlarını düşünürük. Ən böyük yanılmadır bu!

Evlilik kişi üçün həyat asanlaşdıran bir hadisədir, bunu düşünən bütün qadınlar haqlıdır!

 Bunu bilərək evliliklərini davam etdirən cütlər isə  daha xoşbəxtdir.

 Kişi evləndikdən sonra gözləmələrini çoxaltmır, əksinə evlənmişdir deyə ciddi  bir səbəb olmadıqca nizamını da pozmaq istəməz. Yəni  qadının düşündüyü kimi hər gün necə bir əsarət altında olduğu, filan düşünməməkdədir.

Qadınsa kişinin hər an özünü yeniləməsini, nişanlılıq müddətindəki sürprizlərin davamlılığını, həyatın onun ətrafında döndüyünü hiss etdirməsini gözləyir. Halbuki həyat heç bir zaman qadının ətrafında dönməmişdir. O bir evlilik müddətidir və nəticəyə gedən yolda kişilər nə öyrəndisə onu tətbiq etməyə çalışır.

 Bu, bəzən nişanlılığını bir şahzadə olaraq keçirmək olar, bəzən də  ev mebellərinin hamısının qərarını gələcək yoldaşına buraxmaq olar.

Bunların hamısı kişi üçün nizamın qurulma müddətidir. Nizam qurulduğu an vəzifə tamamlanır və kişi, qadının niyə bədbəxt olduğunu anlamadan qurduğu  nizamda davam etməsini  istər.

Kişinin gözüylə evlilik sadədir, o qeder ki, iki insanın  bir yola girməsi qədər...

  Qadınlar üçünsə  evlilik  daim həyəcanlı qalma, davamlı ilk günkü kimi sevimli olma, "Ay nə gözəl, hər gün bərabərik" demə müddətidir. Yəni,  əsl evlilikdən çox çox gözləməsi olan qadındır.

Ona görə də əziz qadınlar  siz də  öz gözləmələrinizlə, yoldaşınızın vəzifəsini  tamamlama müddətini qarışdırıb ortaya möcüzə bir evlilik çıxarın!

 Onun arxasındakı gizli güc olun.!

 "Nədən əvvəlki  kimi deyilsən?" demək yerinə, birlikdə köhnə günlərə dönün və unutmayın, kişilər bizdən  daha asan istiqamətləndirilə bilərlər və  daha asan uyğunlaşa bilərlər.  

Bu günlərinizə  onu  gətirməyinizi bacarın!
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 403
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri