Kişilərin gizli mesajları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 503
Səs ver:
(səs: 1)
Xoşunuza gələn insanla mesajlaşmaq onun haqqında bəzi şeyləri öyrənmənin ən asan yollarından biridir.
Qadınlar üçün bəyəndikləri insanla mesajlaşmaq münasibətin əsas mərhələsidir, eyni zamanda bəyəndikləri kişi haqqında bir çox şey öyrənə bilmək üçün də böyük bir yoldur. Əslində mesajlaşarkən yalnız söylədikləriylə deyil, mesajlaşma tərziylə də kişinin şəxsiyyəti və sizin haqqındakı düşüncələri ilə əlaqədar bir çox şey öyrənməyiniz mümkündür.
Kişilərin mesajlarına görə onlar haqqında öyrənə biləcəkləriniz…

Hər mesajınıza cavab verirsə…
İlk olaraq qəbul etmək lazımdır ki, kişilər mesajlaşmağı biz qadınlar qədər sevmirlər. Buna görə də qarşınızdakı kişi hər mesajınızı həmin an oxuyub cavablayısa, sizə həqiqətən önəm verdiyini söyləyə bilərik. Xüsusilə, qarşınızda utancaq biri varsa, mesajlarınıza cavab verməyi sizə olan marağını göstərir. Əlbəttə, sizin də özünüzü tutub onun qısa bir mesajına cavab olaraq 10 mesaj göndərməməyinizdə fayda var.

Yazı qaydalarına diqqət edirsə…
Müəyyən bir yaşı keçdinizsə, artıq mesajlarda qısaltmalardan istifadə etməməyiniz və müəyyən qaydalara əməl edirsiniz. Qarşınızdakı insanın da buna diqqət etməsi əslində xarakteri haqqında sizə məlumat verə bilər. Yazılış qaydalarına diqqət etməsi həm nə qədər yetkin olduğunu, həm də sizinlə danışmağa nə qədər əhəmiyyət verdiyini anlamağınız üçün əslində bir üsuldur.

Sürətli cavab verirsə…
Hamımızın gün ərzində bir çox işləri olur, buna görə də xoşunuza gələn kişi mesajlarınıza bəzən çox gec cavab verə bilər, bunun sizi kədərləndirməməsi lazımdır. Amma hər mesajınıza anında cavab alırsınızsa, nə qədər məşğul olursa-olsun sizin dediklərinizə etdiyi şeydən daha çox əhəmiyyət verdiyi qənaətinə gələ bilərsiniz.

Qısa cavablar verirsə…
Yazdığınız uzun mesajlara yalnız bir cümləylə, ya da smayliklə cavab verirsə, bunun çox da yaxşı bir işarə olmadığını söyləyə bilərik. Mesajlarınıza məntiqli cavablar verə bilməyən birinin üz-üzə olduğunuzda da çox da fərqli olmayacağını bilməlisiniz. Həmçinin sizi həqiqətən əhəmiyyətli hesab edirsə və danışmaq istəyirsə, bunun üçün "gülən sifət” göndərməkdən daha çox səy göstərməsi lazımdır.

Mesajlaşarkən fərqli biri olursa…
Bəzi insanlar mesajlaşarkən üz-üzə olduqlarından daha çox rahat ola bilərlər. Sizin qarşınızda gözlərinizə baxarkən söyləyə bilmədiyi şeyləri mesajlarında rahatca yaza bilməsi onun utancaq biri olduğunu göstərir. Bu, əslində, bir az da narahatlıq verən bir vəziyyətdir. Çünki real şəxsiyyəti haqqında məlumat əldə etmənizi də bir tərəfdən çətinləşdirər.

Dedi-qodu edirsə…
Sizə dostlarıyla etdiyi bir danışığın ekran görüntüsünü göndərirsə, bu, əslində sizə özünü tamamilə açmağa hazır olduğunun bir işarəsi olaraq qəbul edilə bilər. Amma eyni zamanda diqqətli olmanızda fayda var. Onlarla danışmasını sizə göndərirsə, sizinlə arasında keçən xüsusi bir danışığı da dostlarıyla paylaşa bilər. Buna görə də onunla danışarkən diqqətli olmağınızda fayda var.

Canlı ünsiyyəti seçirsə…
Bir çox insan daha sürətli və asan olduğunu düşündüyü üçün mesajla ünsiyyət qurmağı seçir. Əgər münasibət qurduğunuz insan sizinlə telefonda danışmağı seçirsə, bu həm səsinizi eşitməkdən xoşlandığını, həm də saatlarını sizinlə telefonda danışaraq keçirməyi üstün tutacaq qədər sizə önəm verdiyini göstərir.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 3 503
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri