İdeal kişinin 7 xüsusiyyəti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 7 395
Səs ver:
(səs: 3)
Qadınların ən böyük problemlərindən biri də kişilərin qadın ruhundan anlamamasıdır. Qadınlar münasibətlərində əzizlənməyi istəyir. Ancaq bəzi qadınlar düzgün seçim eləmirlər və nəticədə də münasibətlərində gözlədikləri qayğını görmürlər.

Xüsusi günləri unutmur
Qadın ruhunu bilən kişi xüsusi günləri unutmur. Evliliklərinin ildönümü,ad günləri kimi günlər qadınlar üçün vacib və unudulmazdır. Bu günləri kiçik sürprizlərlə qeyd etmək istəyirlər.

Əminlik yaradır
Qarşısındaki insanın ona inanması üçün hər şey edir və lazımsız şübhələrdən uzaqlaşdırır.

Qulaq asır və başa düşməyə çalışır
Qadınların ən çox gileyləndiyi mövzulardan biri də partnyorunun ona qulaq asmamasıı və başa düşməməsidir. Qadın ruhunu bilən kişilər qarşısındaki zərif cinsin nümayəndəsinin problemlərinə qulaq asır, onu başa düşməyə və onun problemlərini həll etməyə çalışır.

Kompliment deyir
Qadınlar hər zaman əzizlənmək, gözəl göründüklərini eşitmək istəyirlər. Buna görə də qadın ruhunu bilən kişilər sevdikləri xanıma tez-tez xoş sözlər, gözəl göründüklərini deyirlər.

Romantik olur
Qadın ruhunu bilən kişilər sadəcə dalaşdıqdan sonra deyil, xanımını əzizləmək və sevgisini ifadə etmək üçün də gül alırlar.

Vaxt ayırır
Qadınların ən böyük istəklərindən biri də partnyorunun ona vaxt ayırmağıdır. Qadın ruhunu bilən kişi xanımı ilə tez-tez gəzməyə gedib gözəl vaxt keçirməyi yaxşı bilir.

Hədiyyə almağı bilir
Qadın ruhunu bilən kişi sevdiyi xanıma hədiyyə seçərkən sadəcə hədiyyə olsun deyə yox, lazım olan hədiyyəni almağı yaxşı bilir.
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 7 395
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri