Kişilərin hamısı eynidir

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 1276
Paylaş:
Səs ver:
(səs: 2)
Nədənsə bütün qadınlar, aralarında genetik bir razılaşma varmış kimi sevgililərini dəyişdirməyə çalışarlar. Hamısı, israrla sevgililərində bəyənmədikləri bir xasiyyəti dəyişdirmək istəyərlər. Aralarında ehtirasa bulanmışları, bəzən bunda müvəffəqiyyətli də olar.
Ancaq qadınların sevgililərində dəyişdirməyi bacara bilmədikləri xasiyyətlər də vardır. Bu klassik davranışlar haqqında məlumat sahibi olmayan xanımlardır, dəyişməyə məcbur etmə müddətində sərt bir qayaya çarparlar və əllərindəki son adam da sürüşərək gedər. Belə bir qəmli sonun sizi gözləməməsi üçün sizə, bir kişidə dəyişdirə bilməyəcəyiniz bəzi davranışları izah edim.

Bazar günü təraş olmaq...

Normal doğum nəticəsi dünyaya gəlmiş heç bir kişi, bazar günləri saqqal təraşı olmağı istəməz. Bunu heç bir zaman sizinlə paylaşmaz, ancaq hər vaxt ağılındadır. Və bildiyi kimi tətbiq edər. Siz özünüz olun, sevgilinizin saqqal təraşına müdaxilə etməyin. "Yox, mənimki etməz!" deməyin, diqqət yetirin axşamları televiziyada nəşr olunan təraş bıçaqı reklamlarını gördüyündə baxışlarını ekrandan qaçırır. Əgər dəyişmə mövzusunda cəsursunuzsa və israrlı davranmağı başınıza qoyub, hələ də "Anam gələcək, təraş olacaqsan deyilmi?" deməyə başladınızsa, adamınız yaxında əlaqədən qopacaq deməkdir. Etməyin! Yatan nəhəngi oyandırmayın. Kişiləri istəmədiyi şeylərə məcbur etməyin!

Anası...

Haradasa avtomobiliylə ekvivalentdir. Ən əhəmiyyətli vərdişidir. Dəyişdirməyə qalxmanız demək həmcinsinizlə əsaslı bir döyüşə girməniz deməkdir ki bu döyüşü qazanan gəlin namizədi görülməmişdir. Anasından onu imtina etdirməyə qalxmaq yerinə, şəbəkənizə salın, evlənin, bir oğlan sahibi olun. Şərtlər bərabərlənmiş olacağından döyüşü qazanma ehtimalınız yüksəkdir. Ancaq sevgili dövründə sevgilinizi Şahzadə Charles, anasını da Kraliça Elizabeth olaraq görməniz və hər bir araya gəlişinizdə kraliyət qaydalarını tətbiqiniz xeyirinizədir.

Futbol...
alt
Əgər sevgilinizin genlərində bir keyfiyyət aşağılığı ya da xromosom sıyırması yoxsa, bir kişi olaraq ən təbii impulsunun intim və sonrasında da futbol olduğu açıqdır. "Mənimki İngilis bayrağıdır şəkərim, mədəni adam, futbol sevməz!" deyirsinizsə özünüzü aldadırsınız. Dünyadakı bütün televiziya kanallarını 97%, ən çox izlənilmə nisbəti, futbol matçlarındadır. Geri qalan 3%-i isə kişilərin bir-birləriylə evlənə bildikləri ölkələrə aiddir ki, mövzumuzla əlaqəsi yoxdur. Sevgilinizi matça göndərməmə ya da televiziyada matç izlətməməyə cəhd etməniz həqiqətən çox təhlükəlidir. Bunu bacara bildiyini sanan qadınların 97%-i ailə içi şiddət qurbanı olmuşdur. Geri qalan 3%-i isə, sevgililəri homointimual olduğundan infakt vurmuşdur. Məşğul olmayın.

Ətraf (Kruq)...

Qadınlar üçün ən çətin anlayışlardan biri də sevgililərinin kişi yoldaşlarıyla olan bağlılıqlarıdır. Xanımlar, ictimai istiqamətləri daha güclü fərdlər olduqlarından, tək başlarına hərəkət edə bilər, ya da yeni həmcinsləriylə qaynaşa bilərlər. Ancaq kişilər kiçik sürülər halında yaşayarlar. 'Bratelnik', 'Zyoma', Ürək', 'Əmioğlu' kimi ifadələrlə bir-birlərinə xitab edərlər. Əlaqəsiz zamanlarda, maraqsız qadınlarla evlənsələr, çox yaxşı bir ictimai status tutsalar da bu kiçik sürü psixologiyasına sahib kişilər, bir araya gəldiklərində, bir-birlərini əl verib, şapır şupur öpüşər, heyvani səslər çıxarar, ya da bir birilərinə şapalaq vurarlar. Sevgilinizi sürüsündən ayırmağa çalışmaq sizin üçün həyati bir səhv olacaq. Toxunmayın. Kruqu uzaqdan seyr edin.

P.S: Kişilərinizin dəyərini bilin, kişilər eyni ola bilərlər, amma yaşadığınız anları eyni kişilərlə yaşamırsız, tək bir kişiylə yaşayırsız


loading...
(səs: 2)
Şərhlər:
Baxılıb: 1276
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv