Kişiləri tərifləməyin münasibətdə rolu

Müəllif: emis
Şərhlər: 4
Baxılıb: 3 053
Səs ver:
(səs: 0)
Nədənsə biz komplimentləri yalnız qadınlara yağdırmağa öyrəşmişik, amma kişilərə xoş sözlər demək nəyə görəsə artıq hesab edilir. Kişilər özləri də komplimentlərdə təkid etmirlər və hətta öz ünvanına xoş söz eşidərkən utanırlar. Amma siz heç təsəvvür etmirsiniz ki, tərif kişilərə qarşı necə güclü silahdır (hətta əgər onlar öz üstünlüklərinə əmin olsalar belə). Ürəklərinin dərinliyində onlar bizim sevgimizin sübutunu almaq və onların insani keyfiyyətlərinin bizim tərəfimizdən yüksək qiymətləndirilməsini istəyirlər.

Biz qadınlardan fərqli olaraq, kişilər üçün komplimentin məna məzmunu çox vacibdir. Lakin bizim üçün sadəcə komplimentin mövcudluğu əsasdır. Əgər siz tərəfindən edilmiş kompliment sadəcə boş sözlərdirsə, bu zaman ən yaxşı halda kişi onu sadəcə qulağının ardına vuracaq, ən pis halda isə sizi nədəsə şübhələməyə başlayacaq. Amma əgər siz isti sözləri səmimi deyirsinizsə – bu yaralı kişi ürəyi üçün əsl balzam olacaq və kişi sizdən təkrar tərifə layiq olmaq üçün əlindən gələni edəcək.

Ağıllı qadının dodaqlarında komplimentlər kişinin tərbiyəsinin təsirli aləti ola bilər: onun müsbət keyfiyyətlərini vurğulayaraq, siz kişiyə onları inkişaf etdirməyə kömək edə biləcəksiniz ki, bu sizin hər ikinizə mütləq xeyir gətirəcək.

Beləliklə, qadınlar kişilərə düzgün komplimentləri necə deməlidir? Kişiləri necə düzgün tərifləmək olar?

Hər şeydən əvvəl, ümumiləşdirmədən və boş təriflərdən çəkinin. Əgər siz öz sevgilinizə onun necə gözəl olduğunu desəniz, kişi bu komplimenti qiymətləndirməyəcək. Çalışın öz sevgilinizi elə tərifləməyi öyrənəsiniz ki, o həqiqətən də özünü lazımlı və əhəmiyyətli hiss etsin, görsün ki, siz onun qayğısına qalırsınız və onun nailiyyətlərini qiymətləndirirsiniz. Bu zaman o özünü həqiqətən də sevimli hiss edəcək. Yəni onu varlığına görə deyil, onun nəsə elədiyinə görə tərifləmək lazımdır.

Sevgilinizi hər dəfə onun layiq olduğu vaxt tərifləməyi unutmayın. Digər tərəfdən, əgər o nəyisə düzgün etmədisə, bu zaman susmaq lazım deyil. Sadəcə ona sizi nəyin qane etmədiyini sakit şəkildə izah edin. Sevgilinizlə danışarkən doğru danışıq tonu seçmək lazımdır.

Unutmayın ki, həddən artıq kompliment də yaxşı deyil. İlk olaraq öz kişinizi sadəcə tərifləyin, onunla uşaq kimi davranmayın. İkincisi isə hər şeyə görə tərif hər hansı bir səysiz komplimentlər almaq vərdişini doğurur, buna görə çalışın tez-tez bu qaydadan istifadə etməyəsiniz.

Son olaraq isə kişi üçün ən böyük kompliment – bu onun xanımı (həyat yoldaşı, rəfiqəsi) haqqında dostlarının fikridir. Buna görə əgər siz yanında yaxşı kişi görmək istəyirsinizsə, bu zaman özünüz də ağıllı, qənaətli, dəbli, şən, seksual olmalısınız.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 053
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri