Kişilərin çatışmayan cəhəti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 656
Səs ver:
(səs: 1)
1. Problemlərdən qaçmaq
Kişilər problemi həll edə bilmədikdə qadınlar deyinməyə başlayır. Qadınların düşüncəsinə görə kişilər ailə-məişət problemlərinin məhz qadının həll etməsini istəyirlər. Lakin bu belə deyil. Kişilər problemdən qaçmır, onlar sadəcə onun düzgün həllini tapmaq üçün uzun-uzun düşünürlər. Onların psixikası belə qurulmuşdur. Qaınlar gərək hadisələri tələsdirməsin, səbrlə kişininn qərar verməsini gözləsin.

2. Verdiyi sözü tutmaması
Hər kişi daxilində özünü qəhrəman sayır. Qadınlar kişlərdən qadir olmadığı bir şey tələb etdikdə, kişilər edə biləcəklərindən çox söz verirlər. Buna görə sevdiyinizin imkanlarını sınağa çəkməyin.

3. Yalançılıq
Bəzən yalan danışmaq həqiqəti deməkdən yaxşıdır. Qadının sərt reaksiyası ilə üzləşən kişilər bəzən yalana əl atırlar. Yalan və şirin sözlərdən istifadə edən kişilər təəssüf ki, qadınlar arasında daha çox rəğbət qazanır.

4. Pintilik
Ailə qalmaqallarının çoxu kişilərin pintiliyinə görə baş verir. Kişilər üçün adi hal olan çirkli corablar, ayaqdan gələn pis qoxu, tüklü üz qadınları özündən çıxarır və seksual cazibəni məhv edir. Buna səbəb isə uşaq yaşlarında həmin kişilərin ana və nənələrinin hər şeyi onların əvəzinə etməsidir. Beyinlərini daha qlobal düşüncələrə həsr edən kişilər qadınları narahat edən xırda problemləri gözrməzdən gəlirlər. Qadınlara isə buna səbr etmək qalır.

5. Emosional məsələlərdə zəiflik.
Sərt qərarlar kişilərin sərt xasiyyətindən deyil, daxili quruluşlarından irəli gəlir. Kişilər qadınlar kimi alınmış vəziyyətdən tez çıxış yolu tapmaqda mahir deyillər. Buna görə çox vaxt sərt qərar qəbul edir və ya özlərinə qapanırlar.

6. Susqunluq
Çox vat qadınlar kişilərin susqunluğundan şikayət edirlər: "Heç vaxt bilmirsən daxilində nə var” deyə düşünürlər. Məsələ orasındadır ki, kişilər qadınlar kimi problemlərini paylaşmağa ehtiyac duymurlar.

7. Kobudluq
Kişilərin bu xüsusiyyəti ən səmimi münasibətləri belə məhv etməyə qadirdir. Bəzi kişilər qadına gözəl sözlər deməyi zəiflik hesab edirlər. Lakin diqqətli və həssas davranışın qadının qəlbini fəth edən əsas silah olduğunu hər bir kişi bilməlidir.

8. Eqoizm
Eqoist kişi öz istək və tələbatını öndə tutan biridir. Bu xüsusiyyət qısqanclığa, zülmkarlığa yol aça bilir.

Məsələ kişilərin çatışmazlığını aşkar etmək deyil. Qadının əsas məqsədi kişini olduğu kimi qəbul etmək və onun daha yaxşı olmasına çalışmaqdır. Məhz bu zaman qarşılıqlı hörmət və sevgidən danışmaq olar.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 656
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri