Kişilərin ipək paltar geyinməsi

Müəllif: Fialka
Şərhlər: 3
Baxılıb: 3 048
Səs ver:
(səs: 1)
Həzrət Ömər (r.a), Allah Rəsulunun (s.ə.s) belə buyurduğunu nəql edir: "İpək paltar geyinməyin, çünki ipək libası dünyada geyinən axirətdə geyinə bilməyəcək”[17].

Əbu Musa əl-Əşaridən (r.a) gələn bir hədisdə Allah Rəsulu (s.ə.s) belə buyurmuşdur: "İpək geyinmək və qızıl taxmaq ümmətimin kişilərinə haram, qadınlarına isə halal qılındı[18]”.

Bu mövzu ilə bağlı digər rəvayəti Həzrət Hüzeyfə (r.a) nəql edir: "Allah Rəsulu (s.ə.s) qızıl və gümüş qablarda yeyib-içməyi, ipək və atlasdan paltar geyinməyi və üstündə oturmağı qadağan etdi[19].

Xəstəliyə görə ipək paltar geyinməyə icazə verməsi

Allah Rəsulu (s.ə.s) xəstəlik səbəbi ilə ipək paltar geyinməyə icazə vermişdir. Bu mövzuda Ənəs ibn Malikdən (r.a) gələn hədis belədir: "Allah Rəsulu Zübeyr və Əbdürrəhman ibn Avfa qaşınmaya tutulduqlarına görə, ipək paltar geyinməyə icazə vermişdi[20].

Kişilərin ipək geyinməsi qəti şəkildə qadağan olsa da, bəzi istisna hallar mövcuddur. Bu, dinimizin hər problemə cavab verdiyini göstərir. Bəzən şəxslərin vəziyyətindən asılı olaraq, məxsusi hökmlər verilə bilər. Bəzən də eyni üzrü olan bir neçə adam həmin hökmdən faydalana bilər. Hədisi-şərifdə gördüyümüz kimi qaşınmaya tutulan Həzrət Zübeyrə və Həzrət Əbdürrəhmanın (r.a) ipək paltar geyinməsinə icazə verilmişdir. Haram hökmlər istər, bir şəxs, istərsə, bir toplum üçün (məşhur və varlı olsalar belə) dəyişdirilə bilməz. Lakin üzrlü bir səbəb olarsa, şəxs və toplum üçün istisnalar qəbul ediləndir. Xüsusi qayda tətbiq olunur. Yəni bir insan nə qədər məşhur olsa da, heç bir üzrlü səbəb yoxdursa, onun üçün hökm dəyişdirilmir. Buna baxmayaraq, heç tanınmayan, sıravi bir insan üzrlü səbəbdən bu istisna haldan yararlana bilir.

Buna görə də, İslam bir tərəfdən fərd və toplumu qorumaq üçün qadağalar qoyur, digər tərəfdən də üzrlü səbəblərə görə fərdlər üçün istisnalar nəzərdə tutur. İslam alimləri bu hədisi dəlil götürüb belə bir hökm vermişlər: "İpək paltar geyinmək sadəcə qaşınma xəstəliyinə tutulanlara şamil olunmur. İpək geyinməsi məsləhət görülən hər bir xəstə ondan istifadə edə bilər”.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 048
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri