Kişi qısqanclığının əlamətləri, səbəbləri və onunla mübarizə metodları

Müəllif: Fialka
Şərhlər: 6
Baxılıb: 3 773
Səs ver:
(səs: 2)
"Qadın qısqanclığı kişiyə nadir hallarda bağışlayır, lakin onun yoxluğunu ümumiyyətlə bağışlamır”. (c)

Əgər qısqanc insan özünü ələ ala bilirsə bu yaxşıdır, amma bəzən kişi qısqanclığı daha ciddi və xoşagəlməz hal alır. Bu prosesi dayandırmaq çox çətindir, sadəcə kişi qisqanclığının mahiyyətini və əlamətlərini anlamaq lazımdır ki, ona səbəb olan amillər məlum olsun. Biz sizə kişi qısqanclığının bir neçə səbəbini təqdim edirik.

Özünə inamsızlıq
Özünə inamsızlıq və qadınının daha yaxşı birisini tapa biləcək qorxusu. Bu ən yayılmış səbəblərdən biridir.

Keçmişin psixoloji travmaları
Belə vəziyyətdə kişilər reallığa diqqət etmirlər və onların fikiri yalnız öz daxilinə yönəldilir.

Hiper mənimsəmə hissi
Qadınına olan başqalarının diqqətini kişi onlara təcavüz kimi qəbul edir. Kişi öz qadının üzərində hakimiyyəti itirməyə qorxur.

Qadın tərəfindən edilən provokasiya
Gözəl və daim istəkli qalmağı arzu edərək, qadın öz yoldaşını incidərək bütün kişilərə yüksək diqqət göstərə bilər. Qadınlar hər zaman bir qaydanı rəhbər tutular: "Əgər yoldaşınızı yanınızda saxlamaq istəyirsinizsə, bu zaman onu bir az qısqanmağa məcbur edin”. Lakin çox vaxt xanımlar bu fikirin ikinci hissəsini tamamilə unudurlar: "… yoldaşınızı tamamilə itirmək üçün, onu bir az daha çox qısqanmağa məcbur edin”.

Siz yoldaşınızı qısqanmağa məcbur edərək onu itirmək riski reallaşır. Kişi qısqanclığı qismən aydın olsa da, qadın qısqanclığı bir qədər daha mürəkkəb olur. Kişi üçün ən qorxunc — fiziki xəyanətdir, lakin qadınlar daha çox mənəvi xəyanətdən qorxurlar. Bəzən başqa qadına olan heyranlıq hissini qəbul etmək daha mürəkkəb olur. Qısqanan kişilər daha çox faktlara önəm verdikləri zamanı, qadınlar əsasən, belə məsələdə öz intuisiyasını rəhbər tuturlar. Lakin daha çox kişi qısqanclığı ayrılmalara səbəb olur.

Əgər qısqanclıq xəstəliyə çevrilirsə, bu zaman psixoloqların müdaxiləsi lazımdır (bəzən isə hətta psixiatorların). İlk növbədə kişi öz çatışmazlığını dərk etməli və düzəlməyə çalışmalıdır. Ən əsası öz sevdiyiniz insan ilə xüsusi bir əlaqə tapmaqdır. Onunla açıq və səmimi danışın. Öz şübhələriniz və həyəcanlarınız ilə bölüşün (yalnız ittiham formasında deyil). Mütləq ümumi təmas nöqtələrini tapın, çünki birgə maraqlar insanları daha çox yaxınlaşdırır. Siz inkişaf edib, maraqlı işlə məşğul olduğunuz zaman qısqanclığa və emosiyalara vaxtınız qalmayacaq.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 3 773
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri