Kişilərin nifrət etdiyi 10 sual

Yeniləndi: 9-05-2014, 20:59
Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 9 940
Səs ver:
(səs: 0)
1. Paltar məni kök göstərir?
Bu, kişiyə verə bildiyiniz ən betər sualdı..Yadınızda saxlayın: bütün kişilər özünə güvənən qadınları sevir. Ona görə də belə sualları öz rəfiqənizə, ananıza vermək daha məsləhətlidi..

2. Nədən düşünürsən?
Bu sualın cavabı üçün ən çox yayılmış variant:«Heçnədən düşünmürəm» cavabı olacaq… Və bu doğurdan da belədi… Eyni zamanda hər şeydən və heçnədən düşünmək insanlara məxsus olan xüsusiyyətdi… Tez tez siz tərəfdən verilən bu sual ancaq onun belə baxışının sizi qıcıqlandırdığını deyə bilər…

3. Əgər rəfiqələrimdən birini öpmək şansın olsaydı, kimi seçərdin?
Bu sual istənilən kişini qıcıqlandırır, çünki hansı ad desə, çətin ki o sizin xoşunuza gələ bilər. Təbii ki, siz istəyirsiz ki o, "Mənə 10 million dollar versələr də, heç birini öpmərəm«cavabını söyləsin… Amma bəzi suallarda kişilər yalan danışmağı heç xoşlamırlar.

4. Bizim birlikdə neçə övladımız olacaq?
İstəyirsiz əziziniz sizdən qaçsın və bir də heç vaxt zənglərinizə cavab verməsin? Yox? O zaman tez unuduruq bu sualı… Nə qədər ki, siz nişan tarixini təyin etmədiniz və onun sizinlə əsrlər boyunca olmaq arzusunda əmin olmadınız, o vaxta qədər sadəcə sevdiyiniz insanın yanında olmaqdan ləzzət alın..

5. Dostlarınla görüşəndə məni də özünlə götürə bilərsən?
Bu sualı eşidən kişi təbii ki, çox əsəbləşəcək. Çünki kişilərin öz işləri və söhbətləri var. Bir də təsəvvür edin ki, qızların məclisinə o gəlib sizin orda etdiyiniz bütün qiybətlərə qulaq asacaq.

6. Əgər mən avtomobil qəzasında ölümcül xasarət alıb ölsəm, ölümümdən sonra nə qədər gözləyəcəksən ki, növbəti yeni eşq macəranı qurasan?
ALLAH eləməmiş, bəs ona bir şey olsa siz nə qədər gözləyəcəksiz? Birdən sizin xəyalınızın kişisi sizə düz qəbirstanlığın çıxışında rastlasa? Onda necə? Sevgidə qabaqcadan heçnə demək olmur… Bundan savayı, heç bir kişinin səbəbsiz yerə qadınların özlərini qurban eləməkləri xoşuna gəlməz.

7. Sən dayanmadan bu qıza baxırsan, bu qız sənin xoşuna gəlir?

Bu sual yenə özünə inamsızlığın olmasını göstərir… O sizinlədi, onunla deyil. Ona görə də problem olmayan yerdə problem çıxardıb xırda şeylərə görə qısqanmaq lazım deyil.

8. Məndən qabaq neçə nəfər qızla görüşmüsən?
Siz həqiqətən bu suala cavab bilmək istəyirsiz? Bilsəniz bu sizə nə verəcək ki? Keçmişi silib dəyişmək olmur. Hər kəsin sirr saxlamağa haqqı var. Ona görə də xoş və ya xoşagəlməz xatirlərə onu itiləmək lazım deyil.

9. Kimi daha çox sevirsən: Məni ya Ananı?
99% kişilər hesab edəcək ki, bu, hörmətsizlik, ehtiramsızlıqdı. Əslində onlar sadəcə olaraq bu sualın cavabını bilmirlər. Sizinlə olan münasibətlər və ana oğul münasibətləri prinsipial olaraq fərqlidi. Onları müqayisə etmək olmaz… İndi siz düzgün cavabı bilirsiz və bundan sonra belə mənasız sual vermiyəcəksiz.

10. Həqiqətən məni sevirsən?
Bu sualı vermək — »sənin sevginə inanmıram" deməyə bərabərdi. Ama siz bunu demək istəmirsiniz. Bəzi kişilər sevgidən danışmağı xoşlamır, öz hərəkətləri ilə öz sevgini sübut edirlər. Ən vacibi elə budu.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 9 940
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri