Kişilərin heç vaxt imtina edə bilmədiyi 10 hərəkət

Müəllif: Fialka
Şərhlər: 5
Baxılıb: 6 794
Səs ver:
(səs: 1)
Qadınlar kimi kişilərin də heç zaman imtina edə bimədiyi bəzi məqamlar var. Kişilərin imtina edə bilmədiyi məqamları təqdim edirik:

Televiziya və pult hakimiyyəti
Televiziya putunun sanki yalnız kişilərin faydalanması üçün icad edildiyi güman edilir. Əlinizə aldıqdan 5 dəqiqə sonra pult yenə kişilərin əlinə keçir. Pultu istifadə etmək üçün güclü olmaq, ya da pultu istifadəni bilmək lazım deyil. Yaxşı bəs niyə kişilər daha çox istifadə edir? Çünki pult əslində kişilərin ev içində dominant olduqlarını göstərən bir vasitədir. Ən azından onlar belə düşünürlər… Buna görə də, pult hakimiyyətinin onlarda olmasına icazə verin.

Dostları
Hər bir qadının sevgilisinin ən az bir dostundan xoşu gəlmir. Qadınlar həmin şəxsi əlaqələri üçün təhdid olaraq görərlər. Əgər sevgilinizin dostları əlaqənizdə problem yaradırsa, bu vəziyyəti sevgilinizə izah etmək yerinə yoldaşlarına yaxşı davranmağa başlayın. Bununla problemin sizdə, yoxsa yoldaşlarında olduğunu anlamasını təmin edin. Dostları ilə görüşmək istəyəndə problem çıxarmasanız, bu davranışınız onun dostları tərəfindən də sevilmənizi təmin edəcək. Və yoldaşları ona sizi itirməməsini söyləyəcəklər.

Telefonla danışmaq
Münasibətlərinizin ilk vaxtlarında bir-birinizi tanımaq üçün təbii olaraq daha çox ünsiyyətdə olursunuz. Amma sevgilinizin telefonla danışmaqdan sıxıldığını öyrəndiyinizdə qəlbiniz qırıla bilər. Buna görə hər şeyi telefonda müzakirə etməyin. Çünki əsəbi olduğu üçün sizi dinləməyəcək, ya da telefonu bağlamaq üçün bəhanələr tapacaq.

Hobbiləri
Kişilərin bağlı olduqları hobbi və fəaliyyətlərin başında idman komandasına qarşı duyduqları böyük sevgi və azarkeşlik gəlir. Buna görə də qaçırmaq istəmədikləri futbol oyunları olduğu zaman ona anlayış göstərməkdən və bunu qəbul etməyinizdən başqa çarəniz yoxdur. O, futbola gedəndə, yaxud evdən divanda uzanıb matç izlədikdə siz də özünüzə vaxt ayırın.

Geyim tərzləri
Modanı izləmək qadınlar üçün nə qədər maraqlıdırsa, kişilər üçün də bir o qədər boşa vaxt sərf etmək deməkdir. İdman stili geyinən sevgilinizin geyim tərzini dəyişdirməyi düşünürsünüzsə, ona öz zövqünüzə görə hədiyyə ala bilərsiniz. Ən azından sizi xoşbəxt etmək üçün geyinəcək. Onun bu halına kompliment deməyiniz də onu xoşbəxt edib, cəsarətləndirəcək .

Hər vaxt haqlı olduğunu iddia etmələri
Mövzu nə olursa olsun, sevgilinizlə aranızda fikir ayrılığı yarandığı zaman özlərinin haqlı olduğunu iddia edirlər. Buna görə sevgilinizlə bəzi mövzularda müzakirə aparmaq əvəzinə siz də onun etdiyi hərəkətinə bənzər davranın. Beləcə sizin nə hiss etdiyinizi daha yaxşı anlayacaq və səhvini düzəltməyə çalışacaq.

Yemək vərdişi
Əgər yemək yeməyə düşkün bir kişi ilə bərabərsinizsə, onu olduğu kimi qəbul etməlisiniz Çünki alışdığı tərzdə yemək yeyən və fast-food sevən bir kişi yeməkdən imtina etməz. Kişilərin bəyəndiyi klassik ev yeməklərini hazırlamaq onun xoşuna gələcək. Toyuq və balıq yerinə daha çox ət yeməklərinə üstünlük verin.

Yuxu vərdişləri
İki tip yuxu vərdişi var. İlki tez yatıb tez qalxmağı sevən və nə olursa olsun yuxusundan güzəştə getməyənlər. İkincisi də çox gec saatlarda yatan kişilər. Bir kişi gec saatlara qədər yatmağı sevirsə, onu əsla tezdən oyada bilmərsiniz. Həyat yoldaşınızın yuxu rejimi ilə əlaqədar problem yaşayırsınızsa, onun sizə uyğunlaşmasını təmin etməsini gözləmək yerinə, özünüzə o yatarkən edə biləcəyiniz başqa hobbilər tapın.

Kreslo vərdişi
Kişilərin həyatları boyu imtina edə bilməyəcəkləri əşyalar siyahısına kreslo da daxildir. Hətta bu əşyalar onlar üçün bəzən o qədər əhəmiyyətli olur ki, kişi sevgilisiylə görüşmək yerinə o əşya ilə qalmağa üstünlük verə bilər. Bunların ən başında rahat və yumşaq kreslo dayanır. Hər kəs rahat kresloda oturmaqdan ya da uzanmaqdan xoşlanır, amma kişilərlə kreslolar arasında daha fərqli bir əlaqə vardır.

Buna görə qadınların onları bir müddətə kreslosundan ayıracaq yaxşı vərdişlər tapması lazımdır. Maraqlı planlar qurun, amma köhnə kreslosunu müasir və yeni kreslo ilə dəyişdirməyin. Nə qədər gülməli səslənsə də, bu ayrılıq kişilərə pis təsir edə bilər.

Dedi-qodu
Kişilər dedi-qodu mövzusunda qadınları günahlandırırlar ancaq özlərinin daha çox dedi-qodu etdiyini qəbul etmək istəməzlər. Qadınlar başqalarının qulağına getməsin deyə səthi danışır, kişilər isə mövzunu açıq-aşkar, bəzən isə hətta cəmiyyətdə müzakirə edirlər.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 6 794
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri