Əziz kişilər, bəzi vaxtlar qadınlar sizdən digər zamanlarla müqayisədə
daha çox diqqət gözləyirlər. Çalışın ki, onların bu ümidlərini,
gözləntilərini doğruldasınız. Unutmayın ki, bəzi həssas zamanlarda onu
başa düşməyiniz, qadınınıza qarşı incə davranmağınız hətta qırdığınız
bir qəlbi belə yenidən bərpa edə bilər.
Əgər qadınla bir məsələdə mübahisə edir, hərəniz öz fikrinizi yeritməyə
çalışırsınızsa, əmin olun ki, sonda qadının fikrini qəbul etməli
olacaqsınız. O sizə öz fikrini elə formada qəbul etdirəcək ki, sonda
əslində onun istəkərini yerini yetirdiyinizdən xəbəriniz belə olmayacaq.
Əmin olun ki, bunun üçün onların əvvəlcədən düşündükləri çoxsaylı
planları var.
Xətrinə dəydiyiniz, incitdiyiniz qadın tez ya gec sizdən qisas alacaq,
amma qadınlar kişilərdən fərqli olar hirsli başla deyil, sakit başla
hərəkət etməyi sevdikləri üçün siz onun bu addımı nə vaxt atacağını uzun
müddət gözləməli olacaqsız. Bu müddət ərzində yaxşı olar ki, özünüzü
ağlınıza gələcək ən pis nəticəyə hazırlayasınız.
Bütün bunlarla yanaşı qadınlar münasibətinizi ayaqda saxlamaq üçün uzun
müddət çalışırlar. Buna görə də onlar çox hərəkətlərinizi,
davranışlarınızı görməzdən gəlirlər. Amma çox vaxt siz bunu hiss
etmirsiniz belə. Sadəcə olaraq dəqiq bilin ki, sizi uzun müddətdir
tanıyan qadın yalan sözlərinizi, yanlış hərəkətlərinizi həmin an duyur
və zamanla bunu özünüzün düzəltməyinizi gözləyir.
Kişi qadın arasında mübahisə yaradan əsas əsbəblərdən biri də veriliş
seçimidir. Qadınlar çox vaxt futbol izləməyinizə görə sizinlə dalaşsalar
da, onlar heç vaxt pultu ələ keçirmək haqqında düşünmürlər.
Qadın avtomobil idarə edərkən kişinin bu barədəki iradlarını,
yönləndirmələrini eşitməzdən gəlir. Onlar kişilərdənsə, özlərinin daha
peşəkar, diqqətli sürücü olduğuna inanırlar.
Kişilər bəlkə də heç vaxt başa düşməyəcəklər ki, qadınla mübahisə
etməmək, dalaşmamaq üçün ən yaxşı yol gülərüzlülükdür. Hətta ən ciddi
mübahisələrinizi belə bu yolla həll edə bilərsiniz.
Qadınlar sevdiyiniz komandanı özlərinə ciddi rəqib hesab edirlər.
Bir qadın sizin gözünüdəki dəyərini azarkeşlik etdiyiniz futbol klubunun
matçına baxarkən onun suallarına veriyiniz cavablarla ölçür. Əgər bu
zaman qadının suallarına kobud cavab verir, bütün diqqətinizi oyuna
yönləndirirsinizsə, onun fikrincə siz komandanızı ondan daha çox
sevirsiniz.