Bədən dili onları ələ verir!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 4 309
Səs ver:
(səs: 2)
Bəyəndiyiniz insanın sizə qarşı olan fikirlərini öyrənə bilməmək nə qədər əsəb pozucudur elə deyilmi? Ya da birlikdə olduğunuz adamın sizi həqiqətən sevib sevmədiyini anlaya bilməmək?
Qadınlar bədən dilini kişilərdən daha asan və daha tez başa düşürlər. Az sonra oxuyacaqlarınız qarşınızdakı kişinin əslində nə demək istədiyini, nələr hiss etdiyini və nə düşündüyünü anlamağınıza köməkçi olacaq. Sizin vəzifəniz daha diqqətli davranıb əl, qol və mimika hərəkətlərini araşdırmaqdır…
Beləliklə sizinlə maraqlandığını bilməyinizin 10 yolu
 
Sizinlə maraqlanırmı?
Biri sizi ilk gördüyündə qaş hərəkətləri çox əhəmiyyətlidir. Əgər sizi ilk gördüyü zamantəsirlənirsə, qaşlarını yuxarı qaldırar. Bu dünyanın hər yerində yaş, irq ya da sinif fərq etmədən etibarlıdır. Qaşları yuxarı qaldırmaq gözləri açar və qarşısındakını tam hesab etmək üçün daha çox işıq çəkər. Bu gözlərin parlaq, böyük görünməsini təmin edir. Əgər qaşlarının yuxarı qalxdığını hiss etdinizsə onun gözlərinin içinə 1 saniyəyə qədər baxın və bununla, onunla maraqlandığınız siqnalını verirsiz.
 
Danışarkən dodaqlarınıza baxırmı?
Əgər sizə qarşı bir marağı varsa avtomatik olaraq dodaqlarınıza baxacaq. Sizə bir şeylər izah edərkən dodaqlarınıza baxırsa sizinlə maraqlanır deməkdir.
 
Diqqətinizi çəkməyəmi çalışır?
Bu hərəkəti kişilərdə dərhal hiss edəcəksiniz. Sizi görüncə qalstukunu düzəldir, köynəyinimi çəkişdirir? Kütlənin içində onu fərq edə biləcəyiniz şəkildə danışıb, gülür? Bu diqqətinizi çəkməyə çalışdığını və digər insanlardan ayrılıb ön plana çıxmaq istədiyi mənasını verir.
 
Saçlarına diqqət göstərir?
Tualetə girib çıxdıqdan sonra saçları yaş olaraqmı yanına gəlir? Saçlarını kəsdirir, onlarla maraqlanır və sizi gördüyündə əli saçlarına gedir? "Buradayam, məni bəyən” demək istəyir.
 
Sizinlə danışarkən qaşları yüngülcə qalxırmı?
Sizə heyrət ifadəsiylə baxırsa bu sizi ovsunlandığını göstərər. Amma qaşları sabitdirsə bu adam darıxdırıcı bir tipdir xəbəriniz olsun.
 
Qarşınızda insan dik duruş sərgiləyir?
Göbək içəridə, kürək geridə, başı yüngül qaldırır, sizinlə danışarkən yüngül önə doğru əyilirmi? Elə isə bu adam sizin üçün dəli olur!
 
Bədəninizi incəliyən zaman bunu hiss edirsinizmi?
Aşiq və ya maraqlanan kişilər qadınların gözlərinə və dodaqlarına baxarlar. Amma yalnızintim münasibət düşünən kişilər qadınların bədənlərini incəliyərlər. Bu rəftarına görə, onunla əlaqənizi nəzərdən keçirin.
 
Əlləriylə dairələrmi çəkir?
Yığıncaqda, telefonla danışarkən, bir şeylər dinləyərkən barmaq hərəkətləri ilə dairələrmi çəkir? O tam bir seks tutqunudur!
 
Qıçlarını bağlayaraqmı oturur?
Əgər yanınızda qıçlarını bağlayaraq oturursa bu sizə güvənmədiyi mənasını verər. Qıçları açıqsa, bu heç də onun vecinə deyil demək mənasını verir. Amma əgər qıçını qıç üstünə atıb oturursa bu yanınızda dinc və etibardayam deməkdir.
 
Gözləri iki qaşınızın ortasındadırmı?
Görüşdüyünüzdə iki qaşınızın arasına baxıb danışırsa? Bu sizinlə uzun müddət birlikdə olmaq istədiyi mənasını verər.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 4 309
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri