Ən çox arzu olunan qadın obrazları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 995
Səs ver:
(səs: 1)
Ötəri həvəs və ehtiras tamamilə kişinin qadını yaxşı tanıdığından sonra ona qarşı yaranan sevgiyə və bağlılığa oxşar deyil. Bir çox xanımlar bəylər tərəfindən heyranlıq dolu baxışlara layiq görülür, amma onlardan yalnız bəziləri belə münasibətlərlə hər gün qarşılaşırlar.
Çoxsaylı sorğular göstərdi ki, kişi qadında minillərlə qiymətləndirilən fizioloji və psixoloji xüsusiyyətləri görmək istəyir. Sosioloqlar kişiləri ən çox cəlb edən və onlarda istək yaradan bir neçə qadın obrazını ayırıblar.
 
Mükəmməl evdar xanım.
Hərçənd müasir həyat ev məişətində təsərrüfat üzrə müxtəlif texnikadan, hazır yarımfabrikatlardan və köməkçidən istifadə etməyə icazə verir, evdar xanım obrazı reytinqlərin zirvələrini tutmaqda davam edir. Kişilər dadlı yeməyi çox sevirlər, amma onlar çox tənbəldir. Onlar sevdikləri qadının hazırladığı dadlı ev yeməklərindən dadmaq istəyirlər. Qadın əgər yoldaşını dadlı yeməklərlə sevdirə bilirsə, hətta onun təmizliyə riayət etmə bacarıqsızlığı da bağışlanılır.
Əgər siz uşaqlıqdan yemək hazırlamağı sevmirdinizsə və sizdə tamamilə evdarlıqinstinktləri yoxdursa, bu zaman yemək bişirməyi öyrənə bilərsiniz. Aşpazlıq dərsləri sizə bir sıza əyləncəli dərsləri təklif edir ki, burada siz həm yemək hazırlamağı öyrənəcəksiniz, həm də ki bir çox faydalı məlumatlar əldə edəcəksiniz.
 
Şən və qayğısız xanım obrazı.
Kişilər həmişə adi həyat problemləri ilə yüklənməmiş şən qadınlara üstünlük verirlər. Xoşbəxt və gülümsəyən xanım kişinin həyatına parlaq rənglər əlavə edir, kişi də öz növbəsində rahatlaşır və öz problemlərinə başqa tərəfdən baxmağa başlayır. Düzdür, çox vaxt kişi belə qadınlarla ailə həyatı qurmur, amma o məhz belə qadını öz yanında görmək istəyir.
 
Şəxsi psixoloq.
Kişi istəyir ki, qadın onu anlasın, dinləyə və zəruri olduqda faydalı məsləhət verə bilsin. "Şəxsi psixoloq” rolunda olan qadın ona öz ürəyini boşaldıb, yığılmış neqativdən "azad olmaq” üçün lazımdır. Əgər xanım onun problemlərini, həyata şikayətlərini səbrlə dinləməyi bacararsa və düzgün məsləhətlər verərsə, kişinin gözlərində o qiymətsiz olacaq. Əsas onun evdə problemlərlə bölüşəcəyi, kənarda isə başqa qadınlarla əylənəcəyi bir kəsə çevrilməməkdir. Şəxsi psixoloq olmaq üçün kişini dinləməyi öyrənmək lazımdır və onu hər səhv hərəkəti üçün danlamaq lazım deyil. Bu sevdiyiniz insanın sizə yenidən qayıtmaq istəməsi üçün kifayət edəcək. Məsləhətlər vermək vacib deyil, siz sadəcə ona inandığınızı və hər şeyin alınacağını söyləyib onu həvəsləndirə bilərsiniz.
Aşiq xanım. Kişilər onları sevən qadınları çox xoşlayır. Bu onların mənliyini yüksəldir və onların özlərinə qiymətini səmalara qədər qaldırır. "O məni sevirsə, deməli məndə sevilə biləcək nə isə var!”. Kişilərin əksəriyyəti belə düşünür. Bundan başqa, aşiq qadının çəhrayı eynəkləri kişinin səhv hərəkətlərini, uğursuzluqlarını və mənfi tərəflərini görməyə imkan vermir. Belə qadın kişini səmimiyyətlə sevdiyi üçün onu həmişə bağışlayacaq.
Yaxın dost. Kişi qadının onun maraqlarını anlayıb və həmfikir olmağını çox xoşlayır. Belə xanıma o, düşdüyü gülməli vəziyyəti danışmağı ayıb saymır. Əgər bu xanım hələ "kişi oyunlarını oynamağı” bacararsa, bu çox gözəl olacaq. Axı onunla futbol matçına yola düşmək, velosipedlə gəzmək, yürüşə getmək olar. O həmişə yaxın olacaq və onunla danışılası ümumi söhbətlər olacaq. Kişi dost qadına ehtiyac duyur.
 
Sosioloqlar təbii ki, kişiləri hansı qadınlar cəlb etdiyini aydınlaşdıra bilərlər, amma niyə onun məhz bu xanıma deyil, başqasına aşiq olduğu əbədi sual altında qalır. Buna görə hər bir qadının sevilən və arzu olunan biri olmaq şansı var. Kişilərin özlərinin praktiki məsləhətləri və "köməkləri” sizə onun gözlərində mükəmməl obraza nail olmağa imkan yaradacaq.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 995
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri