Kişiləri qıcıqlandıran qadın vərdişləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 622
Səs ver:
(səs: 1)
Bu mövzu kişilər tərəfindən saunada və balıq tutanda, siqaret çəkəndə, qarajda, səs-küylü əyləncə gecələrində, dostlar ilə mətbəxdə, demək olar ki, hər yerdə müzakirə edilir. Bu haqda kitablar yazılır, filmlər çəkilir. Lakin kişilər bu məsələni nədənsə bizimlə açıq müzakirə etməyə çəkinirlər. Bu səbəbdən sizə kişiləri qıcıqlandıran əsas qadın vərdişlərini təqdim edirik.
 
Bəzən olur ki, qadınların bəzi vərdişləri kişiləri dərhal deyil, bir müddət sonra qıcıqlandırmağa başlayır. Hər şey hormonlardan asılıdır. Aşiqlik və ya romantik hiss mərhələsi dövrü üç həftədən üç ilə qədər davam edir və bu anda partnyorlar bir-birlərinin real çatışmazlıqlarını görmürlər, çünki onların hormonları aktiv vəziyyətdə olur. Zamanla hormonlar sabitləşir, onların "gözləri açılmağa başlayır” və sevimli xüsusiyyətlər qıcıqlandırmağa başlayır. Buzaman hər kəs özünə uyğun hərəkət edir: kimisi həyatını yeni şəraiti nəzərə alaraq qəbul edir, digərləri isə yeni "romantika” axtarışına çıxır.
 
Gecikmək vərdişi
Qadınlar nə üçün gecikir? Gecikmək insana nə verir? Hakimiyyət! Qadınlar fikirləşir ki: "Mən o qədər unikalam ki, məni gözləyirlər!”
Digər bir variant isə görüşə getmək istəyin olmamasıdır.
 
Kişiləri manipulyasiya etmək vərdişi
Göz yaşları, qalmaqallar, şantaj — yalnız bizim manipulyasiya metodlarımız deyil, həm də bu faktın özü kişiləri qıcıqlandırır. Siz kişini idarə etməyi öyrənə bilərsiniz, amma bunu etdiyiniz zaman zərif hisslər bitir. Manipulyasiya – hakimiyyətdir. Hakimiyyət olan yerdə isə sevgi olmur.
 
Unutqanlıq
Unutqanlıq ya həddindən artıq çox yüklənmədən (nə vaxt ki, beyin məlumat axınının öhdəsindən gəlmir), ya da yetkinsizlikdən yaranır.
 
Sözü kəsmək vərdişi
Sözü kəsmək və ya analoji olaraq kişi nə iləsə məşğul olduğu zaman qadının onu narahat etməsi kişiləri eyni cür qıcıqlandırır.
 
Şəxsi məsafəni pozmaq vərdişi
Bəzən biz nəyin bahasına olursa olsun kişilər ilə onların istəmədiyi mövzuları müzakirə etməyə çalışırıq. Məsələn, onun keçmiş sevgilisi və ya işdə yaşadığı münaqişə. Bu vərdiş də güclü cinsin nümayəndələrini çox qıcıqlandırır.
 
Mübahisə etmək vərdişi və bu mübahisələrə üçüncü şəxsləri cəlb etmək
Mübahisədə arqumentlər bitdiyi zaman biz nə edirik? Düzdür, kənar şəxsləri öz tərəfimizə çəkməyə başlayırıq (onun dostları və ya valideynlərini). Amma nahaq! Çünki bu taktika da kişini çox qıcıqlandırır. Çox vaxt kişilər mübahisədə heç problem görmür və bunu kiminləsə bölüşməyi lazımlı hesab etmir. O həqiqətən hesab edir ki, "bu onun və xanımının arasında olan bir söhbətdir”.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 622
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri